Neft Fondu 2011-də vəsaitlərin idarə olunmasından nə qədər gəlir edib?

Neft Fondu 2011-də vəsaitlərin idarə olunmasından nə qədər gəlir edib?

Ötən il Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 15 628,3 mln. manat, büdcə xərcləri isə 9 606,6 mln. manat təşkil edib.
Nəticədə, 2012-ci il yanvarın 1-ə Fondun aktivləri 2011-ci ilin əvvəlinə nisbətən 30,9% artaraq 29,8 mlrd. ABŞ dollarına bərabər olub.
ARDNF-in məlumatına görə, 2011-ci il ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 15 451,9 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 15 257,5 mln. manat, «Şahdəniz-I» layihəsi üzrə qiymət fərqindən daxilolmalar 101,7 mln. manat, Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsi üzrə dividendlərdən 66,8 mln. manat, tranzit gəlirləri 7,5 mln. manat, akrhesabı ödənişlər 1,3 mln. manat, bonus ödənişləri 15,7 mln. manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 1,4 mln. manat təşkil edib.
Ötən il ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 176,4 mln. manata bərabər olub.
Hesabat dövrü ərzində Fondun 2011-ci il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 9 mlrd. manat vəsait transfer edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 140,0 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 200,0 mln. manat və 32,6 mln. manat vəsait ayrılıb. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının (2007-2015-ci illər) maliyyələşdirilməsinə Neft Fondundan 15,0 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 161,9 mln. manat ayrılıb, 2011-ci il ərzində Fondun idarə edilməsi ilə bağlı xərcləri 57,1 mln. manat olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı ARDNF-in büdcədənkənar xərci 749,8 mln. manat təşkil edib.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər