YENİKİTAB:Vergi Qanunvericiliyi Toplusu -2012”

YENİKİTAB:Vergi Qanunvericiliyi Toplusu -2012”

“Monitor Konsaltinq Servis” MMC  “Vergi Qanunvericiliyi Toplusu -2012” kitabı nəşr edib. Nəşrdə Vergi Məcəlləsi ilə yanaşı vergi ödəyicilərinin vergi-təsərrüfat fəaliyyəti ilə əlaqədar olan ən mühüm qanunvericlik aktları - Azərbaycan Respublikasının Qanunları, Prezidentin fərmanları, Konstitusiya Məhkəməsinin qərarları, Nazirlər Kabinetinin qərar və qaydaları, Vergilər Nazirliyinin sənədləri, digər normativ-hüquqi aktlar və faydalı məlumatlar

yerləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan bütün vergi sənədlərini bir kitabda yerləşdirməklə onlara peşəkar dəstək verməkdir. Kitabda Vergi Məcəlləsinin 11 maddəsinin şərhi ilə əlaqədar Konstitusiya Məhkəməsinin qərarlarının və koorrupsiya ilə mübarizə dövründə aktuallıq qazanan dövlət rüsumları və lisenziyaların məbləği haqqında məlumatın verilməsini qeyd edə bilərik. Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə qanunvericilikdə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. Bundan əlavə, CD-də əmək haqqının hesablanması üçün kalkulyator da yerləşdirilib.
16 yanvar 2012-ci ildən satışa başlayacaq kitabın qiyməti 10 manatdır. Kitabı əldə etmək istəyənlərdən  öz əlaqə nömrələrini [email protected] email adressinə və ya 437-32-67 saylı telefonla təşkilatımıza bildirməyinizi xahiş edirik. Təşkilat tərəfindən kitabın istənilən ünvana (regionlar da daxil olmaqla) catdırılması PULSUZDUR.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər