ŞAD XƏBƏR!!! 4-cü rüb üzrə Sadələşdirilmiş vergi bəyannamələrini elektron qaydada vermək mumkun oldu
Məlumat vermişdik ki, 4-cü rüb uzrə Sadələşdirilmiş vergi bəyannamələrini elektron qaydada təqdim etmək mumkun olmur. Belə ki, ötən ilin dekabr ayının əvvəlində Vergilər Naziri cənab Fazil Məmmədovun əmri ilə bəzi bəyannamə, hesabat formaları və onların tərtib edilməsi qaydalarına olan dəyişiklik olunmuşdu.
Həmin dəyişikliklər əsasında BTP proqramının yeni v3.1.8 versiyasının hazırlanması ləngiyirdi. Artıq Vergilər Nazirliyi BTP Proqramının yeni versiyasını (v3.1.8) hazrırlayıb. Yeni versiyasını əldə etmək istəyənlər www.e-taxes.gov.az saytından yeni versiyanı yükləyə bilərlər.
0 Komment
Şərh yazın