4-cü rüb üzrə Sadələşdirilmiş vergi bəyannamələrini niyə elektron qaydada təqdim etmək olmur?
Vergilər Nazirliyinə “göz dəydi”
Ötən ilin dekabr ayının əvvəllərində Vergilər Naziri cənab Fazil Məmmədovun əmri ilə bəzi bəyannamə, hesabat formaları və onların tərtib edilməsi qaydaları yeni redaksiyada təsdiq olunmuşdu. Sadələşdirilmiş vergi bəyannaməsinin 1 saylı əlavəsi fiziki və hüquqi şəxslər üzrə ayrı-ayrılıqda təsdiq edilib. Bundan əlavə, hesabat dövründə alınan, yararsız hala düşmüş və ya ləğv olunmuş və hesabat dövrünün sonuna qalıqda qalan qəbzlər üzrə məlumatları özündə əks etdirən yeni "Sadələşdirilmiş verginin bəyannaməsinə 2 saylı Əlavə" forması da təsdiq edilib.
Nəzərinizə çatdırırıq ki, yeni formada təsdiq edilmiş bəyannamələr və onların əlavələri vergi orqanı tərəfindən 2012-ci ilin yanvar ayının 1-dən etibarən qəbul olunmalıdır. Amma təssüf ki, istər BTP proqramı ilə, istərsə də online bəyannamə formasinda verilən sadələşdirilmiş vergi bəyannamələri qəbul olunmur. Proqram buna səbəb kimi, bəyannamənin v3.1.8 versiyası ilə təqdim edilməsini göstərir. Hazırda qeyd edilən 3.1.8 versiya nazirliyin rəsmi saytında yerləşdirilməyib.
Nazirlikdən verilən məlumata əsasən, hazırda həmin versiya üzərində işlər gedir. İşlərin nə vaxt yekunlaşacağı məlum deyil, amma böyük ehtimalla gələn həftə həmin versiya saytda yerləşdiriləcək. Yeni dəyişiklik edilən sadələşdirilmiş vergi bəyannaməsi üzrə hesabatların hələlik YALNIZ kağız formatında qəbul edilir.
Elektron xidmətlərin tətbiqi sahəsində öncüllərdən olan Vergilər Nazirliyinin dekabr ayının əvvəlində təsdiq olunan əlavə formalar üçün yeni v3.1.8 versiyasını indiyə qədər sayta yerləşdirməməsi təəccüb doğurur.
0 Komment
Şərh yazın