Orta təhsilin 12 illik olması təklif edildi
Bu yaxınlarda təsdiqlənməsi gözlənilən 10 illik Milli Təhsil Strategiyasında orta təhsilin müddətinin 12 il olması təklif edilib. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 2011-ci ili üzrə tələbə qəbulunun yekunlarına həsr olunan tədbirdə çıxışı zamanı deyib. M.Abbaszadə bildirib ki, bu məsələ hələ müzakirə olunur. Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov isə bildirib ki, orta təhsil pilləsinin 12 il nəzərdə tutulması mütərəqqi haldır. Amma 12 illik təhsil müddəti icbari ola bilməz. Bu halda icbari təhsil yalnız 10 il ola bilər. Hazırda Azərbaycanda orta təhsilin müddəti 11, icbari təhsilin isə 9 ildir.
0 Komment
Şərh yazın