“Monitor Konsaltinq” jurnalının 30-cu sayı dərc olundu

“Monitor Konsaltinq” jurnalının 30-cu sayı dərc olundu

“Monitor Konsaltinq” jurnalının 30-cu sayında

    “Kənd təsərrüfatına vergi güzəşti” yazısında  kənd təsərrüfatlna dövlət tərəfindən verilən güzəştinin araşdırılması həyata keçirilib:
    Qərarın yaranma tarixi və şərtləri;
    Vergi Məcəlləsi kənd təsərrüfatı məhsulları istehsalçılarına hansı güzəşt hüququ verir?;
    Güzəştli kənd təsərrüfatı məhsulları istehsalçıları hansı vergiləri ödəməlidir?;
    Kənd təsərrüfatl məhsulları istehsalçıları ƏDV əməliyyatlarına görə işlərini necə qurmalıdırlar?;
    Hansı kənd təsərrüfatl istehsalçılarına müddətli vergi güzəştləri verilməlidir?;
    Hansı hallarda kənd təsərrüfatl məhsullarının satışı kassa aparatı vasitəsilə aparılmalıdır?
    Vergilər Nazirliyi niyə güzəşt müddətinin artırılmasının əleyhinədir?

“Vergi orqanlarının hüqüqi şəxslərə yazdığı cəriməyə Konstitutsiya Məhkəməsi son qoydu” yazısında Vergi Məcəlləsinin vergi ödəyicisinin xeyrinə şərh edilən maddəsi haqqında məlumat verilib;
    “Mərkəzi Bank beş bankın bağlanması təhlükəsi ilə bağlı danışdı” yazısında ölkəmizin Baş Bankının “MK”-yə vergiyi rəsmi cavablarda bu və digər aktual məsələlərə aydınlıq gətirib;
    “Kredit mənbələrinə çıxışın alternativ yolu” yazısında debitor borclari və əqli mülkiyyət hüquqlarının girov qoyulması haqqında məlumat verilib;
    10-ə yaxın iqtisadi informasiya.

“DOĞRU CAVAB” RUBRİKASINDA (Sualları sərbəst auditor Altay Cəfərov cavablandırır)

  • Məzuniyyətin əvəzinə kompensasiya verildikdə hansı hallarda əlavə məzuniyyət nəzərə alınmalıdır?;
  • Vətəndaşa evini kirayə verdikdə vergi necə hesablanmalıdır?;
  • Hansı müəssisələrdə iş yerlərinin attestasiyası keçirilməlidir?;
  • Azərbaycan Respublikası ərazisində ezamiyyə normalarının hesablanmasının misalla izahı;
  • Sahibkarın imkanı olmadıqda büdcə qarşısında yaranan borclar necə ödənilir?.

“SIĞORTALI” RUBRİKASINDA (Sualları sığorta eksperti Eldəniz Əsədov cavablandırır)
    Fiziki və hüquqi şəxslər avtomobillərin icbari sığortası üçün nə qədər vəsait ödəyəcək?;
    İpotekalı evlər də icbari sığortalanacaq və ya mənzillər üçün icbari sığorta nə qədər olacaq?

“PSİXOLOJİ DƏSTƏK” RUBRİKASINDA (Sualları amerikalı psixoloq xanim Susan McAnich cavablandırır)
    İşdəki problemi evə gətirənləri çıxış yolu nədir?;
    Təqdimatlar və biznes görüşlər zamanı həyəcan və stressi necə aradan qaldırmaq olar?
Hormetli oxucular,‎ "Monitor Konsaltinq" jurnalinin illik abunə haqqı 30 manatdir. Həmin qiymətə jurnalın 12 sayinin operativ surətdə çatdırılması da daxildir. Qeyd edək ki, jurnalın səyyar satışı həyata keçirilmir. Regionlar ucun abunenin shertleri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 saylı telefonla və ya [email protected] email adressinə əlaqə nömrələrinizi göndərməyiniz kifayət edir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər