Icbarisığorta şəhadətnaməsi olmayan sürücünün avtomobili əlindən alınacaq?

Icbarisığorta şəhadətnaməsi olmayan sürücünün avtomobili əlindən alınacaq?

Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov: "Bəzi hallarda DYP tərəfindən verilən müvafiq arayış olmadan da sığorta ödənişi həyata keçiriləcək"

Bu gün Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) «İcbari sığortalar haqqında» qanunun icrası ilə bağlı geniş tədbir keçirilib. «APA»inin məlumatına görə, tədbirdə DSNX rəisi vəzifəsini icra edən Namiq Xəlilov bildirib ki, qanun «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığorta ödənişlərinin verilməsini maksimum sadələşdirməyə, bu sahədə sığortalıların hüquqlarının və qanuni mənafelərinin qorunmasının gücləndirilməsinə yönəlib: “Qanuna görə, sığorta ödənişindən imtina etmək üçün heç bir hal nəzərdə tutulmayıb. Zərərçəkənlər hər bir halda zərərin əvəzini alacaqlar. Lakin bəzi hallarda - təqsirkar sürücü sərxoş olduqda, hadisə yerini tərk etdikdə, hadisəni qəsdən törətdikdə, onun avtonəqliyyat

 

vasitəsini idarə etməyə hüququ olmadıqda, sığortaçı zərərçəkənlərə sığorta ödənişi verdikdən sonra ödədiyi məbləğləri təqsirkar sürücüdən tələb etmək hüququna malikdir. Əvvəlkindən fərqli olaraq, yeni qanunda bəzi hallarda DYP tərəfindən verilən müvafiq arayış olmadan da sığorta ödənişi nəzərdə tutulur. Bu, qəza iştirakçılarının sayı 2 olduqda, hadisə nəticəsində sağlamlığa heç bir zərər dəymədikdə, hər iki tərəfin sığortası olduqda, tərəflər təqsirin kimdə olmasına dair həmfikir olduqda, ziyanın məbləği 1 000 manatdan çox olmadıqda mümkündür”. N.Xəlilovun sözlərinə görə, icbari sığorta şəhadətnaməsi sürücülük vəsiqəsi, texniki pasport və etibarnamə kimi daim sürücünün üstündə olmalıdır: «Yol hərəkəti haqqında» qanuna əsasən, sığortanın olmaması sürücünü avtomobili idarə etmək hüququndan məhrum edir».


 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər