Bakıda mənzilin icbari sığortası üçün hansı məbləğda vəsait ödəyəciyik?

Bakıda mənzilin icbari sığortası üçün hansı məbləğda vəsait ödəyəciyik?

Azərbaycan Maliyyə Nazirliyi yaşayış evləri və mənzillər üçün icbari sığorta haqlarının məbləğini təsdiqləyib.

Yaşayış evləri və mənzillər üçün sığorta tarifi sığorta məbləğinin 0,2%-i həcmində müəyyən edilib. APA-nın məlumatına görə, sığorta məbləği Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəki əmlak üzrə 20 min manat, digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə isə 15 min manat nəzərdə tutulub. Nəticədə, Bakda yaşayış evləri və mənzillərin icbari sığortası 50 manata, Gəncə, Sumqayıt və Naxçıvanda 40 manata, digər yaşayış məntəqələrində isə 30 manata başa gələcək.
Daşınmaz əmlakın icbari sığortası əmlakı yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanları, qaz anbarları, qaz kəmərləri, maşınların, aparatların və digər oxşar urğuların və ya cihazların partlayışı, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi və s. risklərdən sığortalayır.
Yaşayış evləri və mənzillərin icbari sığortası bu hadisələr nəticəsində mənzil sahiblərinə sığorta məbləğləri çərçivəsində sığorta ödənişlərinin verilməsini təmin edir. Dəyən zərərin həcmi bu məbləğdən artıq olanda əlavə kompensasiya dövlət tərəfindən ödəniləcək. Amma dövlət yalnız o əmlak sahiblərinə

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər