Müavinətin hesablanması zamanı qazancın faiz miqdarında nəzərə alınmasında əsasnamədə hansı dəyişiklik olub?
Dövlət Sosial Müdafiə Fondunun Maliyyə-büdcə şöbəsinin müdiri İdris İsayevin "MK"-nin 25-ci sayına müsahibəsindən: Əsasnamədə əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında müavinət miqdarlarını müəyyən edən sosial sığorta stajı müddətlərində dəyişikliklər edilmişdir. Belə ki, əvvəllər 100 faiz miqdarında müavinət almaq hüququna 8 il və daha çox, 80 faiz miqdarında müavinət almaq hüququna 5 ildən 8 ilədək, 60 faiz miqdarında müavinət almaq hüququna 5 ilədək ümumi iş stajına malik olan işçilər malik idilərsə, dəyişiklikdən sonra bu müddət 100 faiz miqdarında müavinət almaq hüququ üçün 12 il və daha çox, 80 faiz miqdarında müavinət almaq hüququ üçün 8 ildən 12 ilədək, 60 faiz miqdarında müavinət almaq hüququ üçün 8 ilədək sosial sığorta stajı tələbi ilə əvəz edilmişdir. Lakin bu dəyişiklik 2014-cü il yanvarın 1-dən qüvvəyə minəcəkdir.
0 Komment
Şərh yazın