Business Management School" MMC-dən Mühasibatlıq" təlimləri
"Business Management School" MMC zəngin təlim təşkilatçılığı təcrübəmizə əsaslanıb "Mühasibatlıq" təlimlərinə start verib. Ətraflı araşdırma edərək hazırladığımız yeni, əhatəli konsepti və peşəkar təlimçisi ilə bu təlim ehtiyaclarınıza tam cavab verəcək.
- Təlimdə kimlər iştirak edə bilər?
- Mühasib olmaq istəyənlər
- Mühasib asistentləri
- Mühasiblər
- Nə üçün bu təlim?
Son dövrlərdə iqtisadiyyatda baş verən proseslər onu göstərdi ki, müəssisələrin xərclərinin və gəlirlərinin uçotunu düzgün hesablamaq, maliyyə vəziyyətini düzgün qiymətləndirmək üçün kifayət qədər peşəkar mühasiblərə ehtiyacı vardır. Əmək bazarında peşəkar mühasiblərin az olduğunu nəzərə alaraq tədris kursumuz mühasibatlıq təlimini tədris etməyi özünə məqsəd bilmişdir. Mühasibatlıq təliminin məqsədi əmək bazarı üçün kifayət qədər peşəkar kadrlar hazırlamaqdır. Bununla yanaşı təlimçimiz mühasibatlıq (maliyyə) elminin bütün növ yeniliklərini nəzəri və praktiki cəhətdən iştirakçılara öyrədəcəkdir. Təlim vaxtı içtirakçılarımız mühasibat uçotu ilə yanaşı idarəetmə və vergi uçotu haqqında kifayət qədər bilik sahibi olacaqdırlar.
- Tədris proqramı:
1-ci həftə (6 saat)
Mühasibat uçotu anlayışı və metodları
Uçotun növləri:təsərrüfat uçotu, mühasibat uçotu və statistik uçot
Mühasibat uçotu, idarəetmə uçotu və vergi uçotu anlayışları, mahiyyəti, istifadə səbəbləri
Mühasibat uçotu metodlarının öyrənilməsi və təhlili
2-ci həftə (6 saat)
İlkin sənədlər, mühasibatlıq hesabları və ikili mühasibat yazıları
Sənədlərin anlayışı, növləri və istifadə qaydaları
Mühasibat hesablarının anlayışı
İkili mühasibatlıq yazılarından istifadə qaydaları və səbəbləri
3-cü həftə (6 saat)
Aktivlərin anlayışı, uzunmüddətli aktivlər və onların növləri
Uzunmüddərli aktivlər, növləri, amortizasiyası
Amortizasiyanınmetodları,metodlardanistifadə və metoddəyişimi
Aktivlərin kənarlaşması və yenidən qiymətləndirilməsi
Qeyrimaddi uzunmüddətli aktivlər, təhqiqat və təcrübə-kontruktor xərcləri
4-cü həftə (6 saat)
Qısamüddətli aktivlər və növləri
Qısamüddətli aktivlərin anlayışı, növləri və uçotu
Malmaterial uçotu, satışın maya dəyəri, materialın silinməsi uçotunun metodları
Debitor borclarvə ümidsiz debitor borclar
5-ci həftə (6 saat)
Kapital, kapitalın növləri, öhdəliklər və əsas maliyyə elementləri
Kapitalın anlayışı, növləri, birbirindən fərqləri və istifadə təyinatları
Öhdəliklər və onların növləri növləri
Maliyyə bərabərliyinin əhəmiyyəti və bu bərabərliyin əsas elementləri
6-cı həftə (6 saat)
İdarəetmə uçotu anlayışı, gəlirlər və xərclərin növləri
İdarəetmə uçotunun mahiyyəti, istifadə səbəbləri və üstünlükləri
Xərclərin növləri, dolayı məsrəflərin maya dəyəri üzərinə bölüşdürülməsi metodları
Büdcə , hazırlanması və icrasına nəzarət
Kapital xərcləri və gəlir xərcləri
7-ci həftə (6 saat)
Vergi uçotu anlayışı, təşkilatların vergi uçotu və vergi qanunvericiliyi
Verginin anlayışı, növləri, obyekti və ödəyiciləri
Vergi uçotunun mahiyyəti, vergi risklərinin aradan qaldırılması
Vergi qanunvericiliyi, hesabatların hazırlanması və bəyannamələrin zamanında təqdim edilməsi
8-ci həftə (6 saat)
Maliyyə hesabatlarının anlayışı, məqsədi və hazırlanması
Maliyyə hesabatı anlayışı
Maliyyə vəziyyəti haqqında hesabat
Mənfəət zərər hesabatı
Kapitalın dəyişimi hesabatı və pul vəsaitlərinin hərəkəti hesabatı
- Təlimçi: Rəsul Əliyev
İş Təcrübəsi:
- “Sərvan Təmir-Tikint” MMC / Bakı, Azərbaycan 05.01.2010-13.05.2012
Vəzifə - mühasib
- “Spark” MMC / Bakı, Azərbaycan 13.05.2012-hal-hazıradək
Vəzifə - maliyə mütəxəssisi
- “İnternational Consulting Group” MMC / 01.01.2015-hal-hazıradək
Vəzifə- Auditor
Təlimçi haqqında ətraflı: https://goo.gl/FqE9K5
- Təlim ödənişlidir. 48 saatliq təlimin ödənişi 390 azn olaraq təyin edilmişdir.
- Korporativ Endirimlər: Eyni şirkətdən 2 iştirakçı - 5%, 3 ve daha artıq iştirakçı - 10%
- 31 Mart 2018-ci il tarixinə kimi ilkin ödəniş edərək qeydiyyatın rəsmiləşdirən hər kəsin təlim ödənişinə 20 manat endirim tətbiq ediləcəkdir!
Ödənişə daxildir:
- Müxtəlif təqdimatlar
- Praktiki çalışmalar
- Təlim materialları
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk
- Tədris cədvəli:
Təlimin ümumi müddəti 48 saatdır. 48 saat 2 ay ərzində tədris ediləcəkdir.
1-ci ay
19 Aprel (4-cü gün) 19:00 - 21:15 (2 saat)
22 Aprel (bazar günü) 14:00 - 21:15 (4 saat)
26 Aprel (4-cü gün) 19:00 - 21:15 (2 saat)
29 Aprel (bazar günü) 14:00 - 21:15 (4 saat)
03 May (4-cü gün) 19:00 - 21:15 (2 saat)
06 May (bazar günü) 14:00 - 21:15 (4 saat)
10 May (4-cü gün) 19:00 - 21:15 (2 saat)
13 May (bazar günü) 14:00 - 21:15 (4 saat)
2-ci ay
17 May (4-cü gün) 19:00 - 21:15 (2 saat)
20 May (bazar günü) 14:00 - 21:15 (4 saat)
24 May (4-cü gün) 19:00 - 21:15 (2 saat)
27 May (bazar günü) 14:00 - 21:15 (4 saat)
31 May (4-cü gün) 19:00 - 21:15 (2 saat)
03 İyun (bazar günü) 14:00 - 21:15 (4 saat)
07 İyun (4-cü gün) 19:00 - 21:15 (2 saat)
10 İyun (bazar günü) 14:00 - 21:15 (4 saat)
- Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.
- Təlimdə iştirak etmək istəyənlər aşağıdakı əlaqə vasitələri ilə daha ətraflı məlumat əldə edərək qeydiyyatdan keçə bilərlər;
Web: http://bmschool.az/
E-mail: [email protected]
Tel: 055 300 35 92 / 91
0 Komment
Şərh yazın