Elektron qaimə-faktura ilə bağlı MARAQLI sualın CAVABI

Elektron qaimə-faktura ilə bağlı MARAQLI sualın CAVABI

Sual: Sualım elekton qaimə-fakturayla bağlı idi. Elektron qaimə 02.03.2018-ci il tarixində alıcıya verilmişdir, təqdim olunmuş mallara görə alıcı ödəməni hansı vaxt müddətində həyata keçirməlidir?
Lalə İsayeva, [email protected] (15.03.2018)
Cavab: Bildiririk ki, mülki münasibətləri tənzimləyən Mülki Məcəlləyə əsasən vəzifələrini icra edərkən müqavilədə iştirak edən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
 
Göründüyü kimi, sorğunuzda qeyd olunan halda ödəniş müqavilədə göstərilən şərtlərə uyğun ödənilməlidir.
 
Bax: Mülki Məcəllənin  425-ci maddəsi.
 

0 Komment

    Şərh yazın

    Xəbərlər