Əmək müqaviləsinin imzalanması zamanı tələb olunan SƏNƏDə görə CƏRİMƏ hesablanır?

Əmək müqaviləsinin imzalanması zamanı tələb olunan SƏNƏDə görə CƏRİMƏ hesablanır?

Sualı saytımızın eksperti, sərbəst auditor Altay Cəfərov cavablandırır
 
Sual: Salam, Sizə bir sualim var, bildiyiniz kimi, bəzi vəzifələr var ki, onlar üçün tibbi arayışın olması mütləqdir. Əgər həmin vəzifə üçün tibbi arayış olmadan işə qəbul edibsə, bu zaman onu nə qədər cərimə gözləyir.
Səbinə
 
Cavab: Bildiririk ki, qeyd etdiyiniz sualla bağlı AR əmək məcəlləsində yazılmışdır.
 
Maddə 48. Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər
............................................
5. İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər.
 
Bəli, Sizin qeyd etdiyiniz kimi arayış təqdim olunmalıdır.Amma qanunvericilikdə arayışın alınmamasına görə hər hansı bir cərimə olunması nəzərdə tutulmamışdır. Amma istehsalatda bədbəxt hadisə və ya digər hadisələr olarsa, belə arayışların olmaması , alınmaması vəzifə məsuliyyətinə gətirib çıxara bilər.
 

0 Komment

    Şərh yazın

    Xəbərlər