4 Peşəkar Təlimçınin təqdimatında: İnsan Resurslarının İdarə Edilməsi

4 Peşəkar Təlimçınin təqdimatında: İnsan Resurslarının İdarə Edilməsi

Business Managment Schoolun təqdim etdiyi, 10 modul, 50 saat həcmində olan "İnsan Resurslarının İdarə Edilməsi" təlimini tədris edən bu sahənin 4 peşəkarını daha yaxından tanıyaq: 
 
- Müşfiq Əmircanov (Assoc. CİPD)
 
Müşfiq Əmircanov, İnsan Resurslarının idarə edilməsi sahəsində çoxşaxəli iş təcrübəsinə malikdir. O, uzun müddətdir ki, İnsan Resursları üzrə müxtəlif funksiyaları icra edir. “DəmirBank” ASC-də ardıcıl olaraq “Əmək Münasibətlərinin Tənzimlənməsi” , “Kadrlar və Əmək haqqı” , “İşə qəbul və seçmə” şöbələrinin rəhbəri vəzifələrində işləyərkən kadr inzibatçılığı (personnel administration) və əmək haqqı (payroll) istiqamətlərinə rəhbərlik etmiş, məşhur SAP HRM proqram təminatının tətbiq 
edilməsində böyük rolu olmuşdur. Bu zaman Azərbaycan əmək qanunverciliyini və ölkədəki təcrübəni incəliklərinə qədər araşdıraraq, qanunvericilik və biznes tələblərinin formalaşdırılması, kadr və əmək haqqı əməliyyatları üzrə biznes proseslərin hazırlanması və avtomatlaşdırılmasında iştirak etmişdir. Hal-hazırda “AzerGold” QSC-də Kadrlarla iş şöbəsinin rəhbəri vəzifəsində işləyir. Müşfiq Əmircanov İnsan resursları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlardan olan CİPD-nin Certificate in Human Resources Management adlı uzunmüddətli sertifikasiya proqramını uğurla bitirərək Associate CİPD səviyyəsinə yiyələnmişdir.
 
Müşfiq Əmircanov 2008-ci ildə Milli Aviasiya Akademiyasında Beynəlxalq hüquq ixtisası üzrə tam ali təhsili bitirmişdir.
 
-  Coşqun İmanquliyev (CHRM™)
 
Coşqun İmanquluyev 2007-ci ildə Qafqaz Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə bakalavr dərəcəsini bitirmişdir.
Əmək fəaliyyətinə 2003-cü ildən etibarən Universitetin Daimi İnkişaf Mərkəzində başlamışdır. 10 ildən artıqdır ki, aşağıdaki şirkətlərdə İnsan Resurslarının idarə olunması üzrə çalışmışmaqdadır:
- Təlim və İnkişaf üzrə Koordinator / Qafqaz Universiteti. 2003 – 2007
- İnsan Resursları şöbəsinin rəhbəti / DİA Holding / 2007 – 2011
- İnsan Resursları Meneceri / Milla / 2011 – 2012
- Təşkilatı İnkişaf və İnsan Resursları üzrə komanda rəhbəri / NORM LLC / 2013 – 2016
- İnsan Resurslarının İdarə Edilməsi üzrə Menecer / Gilan Holding, FMCG qrupu / 2016 – 2017
 
Coşqun bəy 2017-ci ilin dekabr ayından etibarən Paşa Həyat Sığorta şirkətinin "İnsan Resurslarının İdarə Edilməsi" departamentinin direktoru vəzifəsində çalışmaqdadır.
 
Bir neçə özəl şirkətdə dəyişikliyin idarəolunması, İnsan Resurslarının İdarə olunması sahəsində konsultasiya xidmətləri aparmış, İdarəetmə auditləri həyata keçirmişdir. O, öz təcrübəsini keçirdiyi təlimlərdə, təqdimatlarda, form və sammitlərdə paylaşmışdır.
Coşqun İmanquluyevun ICALS və CHRM beynəlxalq qualifikasiyaları var, Beynəlxalq İdarəetmə və Maliyyə akademiyasının (IABFM) üzvüdür.
 
- Şamo Mürşüdov (İCM, AİRP, GCHRM, Assoc CİPD)
 
Professional iş həyatına 2001-ci ildə "MainStaff" (Moskva) beynəlxalq kadr agentliyində başlayaraq, personalın işə qəbulu və planlaşdırılması üzrə aparıcı mütəxəssis vəzifəsində
çalışmışdır. Daha sonra "Development Services Group"-da personalın seçimi və inkişafı bölməsinin rəhbəri vəzifəsində çalışmışdır. Dəfələrlə ölkəmizdə fəaliyyət göstərən bir neçə
şirkətlərin, insan resurslarının siyasətinin yenilənməsi və inkişafı üzrə prosedurların yenilənməsi və avtomatlaşdırılması üçün konsultant qismində iştirak etmişdir. Bir neçə universitetlərdə
tələbələrə karyera planlaşdırılması, profoorentasiya və inkişafı mövzusunda mühazirəçi qismində çıxış etməkdədir. 
Hal-hazırda iş fəaliyyətini ölkənin aparıcı sığorta şirkətlərindən biri olan "Atəşgah" SŞ-də HR koordinator olaraq davam etdirir. Eyni zamanda işə qəbul sisteminin qurulması, işçi
məmnunluğu, stimulaşdırma, saxlanılması, motivasiya sistemlərinin yaradılması-tətbiqi, tədbirlərin (teambuilding) təşkilatçısı kimi, konsultant olaraq fəaliyyət göstərir. 
2011-ci ildə Azərbaycanda ilk dəfə olaraq sığorta sahəsində kütləvi agent şəbəkəsinin yaradılıb idarə edilməsində iştirak edərək, voronka sisteminin tətbiqində HR koordinator olaraq fəaliyyət göstərmişdir.(1 il ərzində 16000 namizədlə müsahibə)
 
Təhsili:
· Kommersiya Menecment Universiteti (İngiltərə) – Biznes sektorunda insan resurslarının
idarə edilməsi
· Capella University (ABŞ) – HR menecment
· American Society for Training and Development (USA) – (CPLP TM – Certified Professional in Learning and Performance)
· İnsan resursları və onların inkişafı üzrə ixtisaslaşdırılmış institutun üzvü (CIPD-İngiltərə)
· Rekrutinq mütəxəssislərinin akkreditasiyası üzrə ixtisaslaşdırılmış institutun üzvü (AIRP- İngiltərə)
 
- İlkin Zeynallı (CIMA Ad Dip MA)
 
İlkin Zeynallı 2005-ci ildə iqtisadiyyat və idarəetmə sahəsi üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr dərəcəsini (fərqlənmə diplomu ilə), 2007-ci ildə Georgia State University (USA, Atlanta) ilə həmin universitetin birgə layihəsi çərçivəsində biznesin təşkili və idarə edilməsi üzrə magistr dərəcəsini (MBA, fərqlənmə diplomu ilə), 2008-2010-cu illərdə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitunda doktorantura təsilini, 2011-ci ildə isə idarəetmə uçotu üzrə beynəlxalq ixtisaslaşma dərəcəsini (CIMA Ad Dip MA, distinctive pass) almışdır.
 
İlkin Zeynallının peşəkar karyerası təlim, inkişaf, təhsil, menecment, inzibati idarəetmə, insan resurslarının idarə edilməsi sahələrini əhatə edir. O, menecment, liderlik, insan resurslarının idarə edilməsi, əmək fəaliyyətinin idarə edilməsi, strateji planlaşdırma, layihələrin edarə edilməsi sahələri üzrə Azərbaycanda aparıcı təlim ekspertlərindən biridir. İlkin Zeynallı 4 ilə yaxın bir müddətdə neft-qaz sektorunda müxtəlif layihələrdə insan resurslarının idarə edilməsi sahəsində, 12 ilə yaxın bir müddətdə isə bank sektorunda inzibati idarəetmə və insan resurslarının idarə edilməsi sahəsində rəhbər vəzifələrdə çalışmışdır. 2013-cü ildən 2018-ci ilin yanvar ayına kimi “DəmirBank” ASC-də İnsan Resursları Departamentinin direktoru vəzifəsin tutan İlkin bəy 2018-ci ilin fevral ayından etibarən Bank Respublikanın İnsan Resursları Departamentinin direktoru vəzifəsində çalışmaqdadır.
 
İlkin Zeynallı The Manager's Development Program (Leadership & Management Academy, UK), Introduction to Management Workshop (The Chartered Management Institute’s Short Course Program in association with ProSeminar, UK), Leadership and Communication (Meirc Training and Consulting Company, Dubai), Boulder Management Training Program – Financial Management Concentration (3-week full course, Turin – Italy), Environmental and Social Aspects of Business, European Bank for Reconstruction & Development (Baku – Azerbaijan), Security Risk Management Training (World Vision Corporate Security, Bad Kissingen, Germany), HAY Certification Training (HayGroup, Phuket, Thailand) peşəkar təlimlərini almışdır.
 
"İnsan Resurslarının İdarə Edilməsi" təlimi haqqında daha ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün daxil olun:
https://goo.gl/6FNYZ1
 
Tel: 055 300 35 92

0 Komment

    Şərh yazın

    Xəbərlər