Prezidentin sərəncamı ilə artırılan uşağa qulluğa görə müavinətlərin yeni məbləğləri

Prezidentin sərəncamı ilə artırılan uşağa qulluğa görə müavinətlərin yeni məbləğləri

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 23 fevral 2018-ci il tarixli sərəncamı ilə uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılacaq.
Qeyd edək ki,  Prezidentin öncəki sərəncamı ilə 01 fevral 2016-ci ildən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 40 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 25 manat miqdarında təyin edilib.
Son sərəncamdakı artımı nəzərə alsaq, 01 mart 2018-ci il tarixdə etibarən,  bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 44 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 27,50 manat miqdarında təyin ediləcək.
 
---------------------------------------------------------------------------------------------------------------------------------------------
“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA
  “Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri çapdan çıxıb. İnsan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb. 
Nəşrə 3 yeni fəsil əlavə olunub. Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib. Bundan əlavə, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməkhaqqı ödənişlərindəki məcburi dəyişikliklər misallar üzərində nəzərdən keçirilərək sadələşdirilmiş vergi və ƏDV ödəyiciləri üçün açıqlama və izahlar təqdim olunub. İşsizlikdən sığortanın tətbiqi, bu sahədə diqqətə alınmalı tələblər, sığorta haqqının hesablanılması və ödənilməsi ilə bağlı təqdim olunan misallar və açıqlamalar kitabın ayrıca bir fəsilində yerləşdirilib.
Kitabın əməkhaqqı, məzuniyyətlər, əmək müqavilələri, sosial ödənişlər, müavinətlər və digər aktual məsələlərlə bağlı ənənəvi fəsilləri yenidən işlənilib, nümunə və misalların hər biri nəzərdən keçirilərək yeni tələblərə uyğunlaşdırılıb.   
Kitaba sifarişlərin qəbulu (012) 564 86 85 və (050) 362 12 72 saylı telefonlar və  [email protected]  e-maili vasitəsilə həyata keçirilir.  İstənilən regiona çatdırılma ödənişsiz olaraq həyata keçirilir.
Daimi müştərilər üçün xüsusi təklif nəzərdə tutulub.
 
 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər