Əsas vəsaitlərin uçotu və müxabirləşməsi ilə bağlı AKTUAL SUALın cavabı

Əsas vəsaitlərin uçotu və müxabirləşməsi ilə bağlı AKTUAL SUALın cavabı

Saytımızın eksperti, sərbəst auditor Altay Cəfərov sualı cavablandırır
 
Sual: Salam. zəhmət olmasa deyərdiz Dünya Banki tərəfindən əvəzsiz verilmiş əsas vəsaitin daxilolması nece olur və amortizasiya eıemək olarmı? Daxilolma pravodkasını yaza bilərsiz? Bir də axı pulnan alınmayan əsas vəsaitin amortizasiyasini xərcə salmaq nə dərəcədə dogrudur, Mənbə göstərin də zəhmət olmasa.
Meri Hümbətova
 
Cavab: Əvəzsiz əsas vəsaitlərin(torpaq, tikili və avadanlıqlar) alınması, verilməsi praktikada çox rast gəlinir.Odur ki , bu məsələyə həm vergi məqsədləri və həm də mühasibat uçotu baxımından nəzər yetirməliyik.Belə ki, vergi məcəlləsinin 142-cü maddəsində yazılmışdır.
Maddə 143. Aktivlərin dəyəri
Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq)istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.
Madədən aydın olur ki, əsas vəsaitin dəyəri yoxdursa, yəni əvəzsis veriləndə əlbətdə ki, dəyərsiz olcaqdır, uçotda da dəyərsiz görünəcəkdir və belə olan halda da amortizasiya hesablanılmır və heç bir müxabirləşmə aparılmır.Amma əvəzsiz alan tərəf qərara alsa ki, əmlak yenidən qiymətləndirilsin, onda ədalətli dəyər ilə həm vergi uçotuna və həm də mühasibat uçotuna daxil etməliyik.Vergi uçotunda gəlirlərə aid olacaqdır, müvafiq vergilər ödəniləcəkdir və bundan sonra hər il üçün amortizasiya hesablanacaqdır, xərcə salınacaqdır.
Mühasibat uçotunda isə kapitalda dəyişikliklər kimi uçota alınacaqdır və amortizasiyası da kapitalda dəyişikliklərdə uçota alınacaqdır.
Vergi uçotunda
DT                          KT
111                       611 (yenidənqiymətləndirmə dəyəri ilə uçota alınır)
721                       112 (amortizasiya hesablanır)
 
Mühasibat uçotunda
DT                          KT
111                       331(yenidənqiymətləndirmə dəyəri ilə uçota alınır)
331                       112(amortizasiya hesablanır)
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər