Nağdsız hesablaşmalarla bağlı AKTUAL sualın cavabı

Nağdsız hesablaşmalarla bağlı AKTUAL sualın cavabı

Sual: ƏDV ödəyicisi olan şirkət yanvar ayında vergi orqanında qeydiyyatda olan hüququ şəxsdən 100.000 AZN dəyərində kənd təsərrüfatı məhsulları almış və dəyərini nağd formada ödəmişdir. Bu cür ödəniş nağdsız hesablaşmalar haqqında Qanuna uyğunmu? Uyğun deyilsə maliyyə sanksiyası hansı şəxsə tətbiq olunacaq?
Sakit Əliyev, [email protected], Bakı (21.02.2018) 
Cavab: Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinin tələblərinə əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız, yəni bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri ilə) həyata keçirilməlidir.
 
Həmin Qanunun 3.3-cü maddəsinin tələblərinin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
 
Bax: Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.3-cü maddəsi.

0 Komment

    Şərh yazın

    Xəbərlər