Əvəzsiz təqdim etmə olduqda, vergi öhdəliyi yaranır?

Əvəzsiz təqdim etmə olduqda, vergi öhdəliyi yaranır?

Vergilər Nazirliyi bu suala aydınlıq gətirir
 
Sual: Sadələşmiş vergi ödəyicisi olan müəssisə öz əmlakını digər müəssisəyə əvəzsiz təqdim edirsə, mal təqdim edən üçün hər hansı vergi öhdəliyi yaranırmı? Sadələşmiş vergi öhdəliyi yaranması üçün həm mal təqdim edilmə olmalıdır, həm də əldə edilmiş hasilat olmalıdır. Xahiş edirəm bunu nəzərə alın. Çünki 195-ə zəng edəndə, dedilər ki, əvəzsiz vermə, mal təqdim etmədir. 
Zaur, [email protected], Bakı (21.02.2018)
Cavab: Sorğunuzdan hüquqi şəxsin balansında olan daşınmaz əmlakın digər hüquqi şəxsə əvəzsiz əsasla təqdim edildiyi qənaətinə gələrək bildiririk ki, vergi qanunvericiliyində bağışlama əqdi təqdim olunma hesab edilir və hüquqi şəxs tərəfindən daşınmaz əmlakın təqdim edilməsi (Vergi Məcəlləsinin 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) zamanı təqdim etmə üzrə müqaviləni təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur.
 
Bax: Vergi Məcəlləsinin 13.2.10-cu, 150.1.9-cu və 218.4.3-cü maddələri.
 

0 Komment

    Şərh yazın

    Xəbərlər