Əmək müqaviləsi yazılı bağlanılıb amma bildiriş alınmayıbsa...

Əmək müqaviləsi yazılı bağlanılıb amma bildiriş alınmayıbsa...

Bu halda işəgötürənə cərimə hesablanmasının izahı 
 
Son zamanlar həmkarlarımız arasında əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi məsələsi mübahisə mövzusu olub. Bəzi həmkarlarımız iddia edirlər ki, müqavilə yazılı bağlandıqdan sonra artıq hüquqi qüvvəsini alır, digərləri isə fərqli mövqedən çıxış edirlər.
Təşkilatımızın yenicə nəşrdən çıxan "Əmək Münasibətləri: A-dan Z-yə" kitabında Azərbaycan Respublikası Prezidentinin 27.12.2013-cü il tarxində imzaladığı qanunla və 03 fevral 2014-cü il tarixdən tətbiq olunan Əmək Məcəlləsinə, həmçinin bununla bağlı İnzibati Xətalar və Cinayət Məcəlləsinə olan mühüm dəyişikliklər,bənd-bənd izah olunub.  "Əmək Münasibətləri: A-dan Z-yə" kitabından seçməni oxucularımızın diqqətinə çatdırırıq:
1. 53.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“53.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) HÜQUQİ QÜVVƏYƏ MİNMƏDƏN  işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə -
fiziki şəxslər min manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir.”.
Qeyd edək ki, hal-hazirda bu maddə İnzibatı Xətalar Məcəlləsinin 192-ci maddəsidir.
 
2014-cü ildən qüvvədə olan dəyişikliyə görə, hətta işçi ilə yazılı əmək müqaviləsi bağlanasa belə, həmin əmək müqaviləsi hüquqi qüvvəyə minməyibsə, işəgötürənə cərimə tətbiqi qaçılmazdır. Bir başqa sözlə desək, məlum dəyişiklikdən əvvəlki versiyada cərimə əmək müqaviləsinin bağlanmamasına tətbiq olunurdusa, hazırda əmək müqaviləsi olsa belə, əgər hüquqi qüvvəsi yoxdursa, cərimə tətbiq edilir. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi isə əmək müqaviləsi bildirişi alandan sonra mümkün olur.
--------------------------------------------------------------------------------------------------------------------------------
“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA
 
“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri çapdan çıxıb. İnsan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb. Nəşrə 3 yeni fəsil əlavə olunub. Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib. Bundan əlavə, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməkhaqqı ödənişlərindəki məcburi dəyişikliklər misallar üzərində nəzərdən keçirilərək sadələşdirilmiş vergi və ƏDV ödəyiciləri üçün açıqlama və izahlar təqdim olunub. İşsizlikdən sığortanın tətbiqi, bu sahədə diqqətə alınmalı tələblər, sığorta haqqının hesablanılması və ödənilməsi ilə bağlı təqdim olunan misallar və açıqlamalar kitabın ayrıca bir fəsilində yerləşdirilib. Kitabın əməkhaqqı, məzuniyyətlər, əmək müqavilələri, sosial ödənişlər, müavinətlər və digər aktual məsələlərlə bağlı ənənəvi fəsilləri yenidən işlənilib, nümunə və misalların hər biri nəzərdən keçirilərək yeni tələblərə uyğunlaşdırılıb.
 
Kitaba sifarişlərin qəbulu (012) 564 86 85 və (050) 362 12 72 saylı telefonlar və [email protected]  e-maili vasitəsilə həyata keçirilir. 
İstənilən regiona çatdırılma ödənişsiz olaraq həyata keçirilir. Daimi müştərilər üçün xüsusi təklif nəzərdə tutulub.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər