Novruz Bayramı ilə əlaqədar martın 19-nu başqa qeyri iş günü ilə dəyişdiriləcək?

Novruz Bayramı ilə əlaqədar martın 19-nu başqa qeyri iş günü ilə dəyişdiriləcək?

Xəbər verdiyimiz kimi, mart ayında bayramlarla əlaqədar ölkədə 8 gün qeyri-iş günü olacaq. Belə ki, Novruz bayramı ilə əlaqədar olaraq 20-24 mart bayram günləri kimi qeyri-iş günüdür. Lakin 24 mart şənbə günü olduğu üçün bunun əvəzində 26-sı qeyri-iş günü hesab ediləcək. 
Maraqlıdır ki, mart ayının 17-18-i həftənin şənbə və bazar günlərinə təsadüf edir və sonra ayın 19-u bazar ertəsi iş günü olduqdan sonra yenidən Novruz Bayramına görə istirahət günləri başlayır.  Mümkündür ki, ayın 19-u ilə başqa qeyri iş günü ilə dəyişsin?
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri bu məsələ ilə bağlı Akif Əli münasibətini bildirib: "Martın 19-u iş günüdür. Onu da deyim ki, bu məsələ dəyişə də bilər. Amma hələ ki, olan məlumat budur".
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər