DİQQƏT! ARTIQ İŞSİZLİK SIĞORTA HAQQINI ... RAHAT ÖDƏYƏ BİLƏCƏKSİNİZ

DİQQƏT! ARTIQ İŞSİZLİK SIĞORTA HAQQINI ... RAHAT ÖDƏYƏ BİLƏCƏKSİNİZ

Nazirlər Kabineti vahid büdcə təsnifatına işsizlikdən sığorta haqqı üzrə bəndləri əlavə etdi

Nazirlər Kabinetinin 41 saylı, 09 fevral 2018-ci il tarixli qərarı ilı, “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarına dəyişikliklər edilib. Dəyişikliyə əsasən,  “Büdcə gəlirlərinin Təsnifatı” üzrə   “1.2.0.0.0.0. Sosial ayırmalar” bölməsinə aşağıdakı məzmunda köməkçi bölmələr əlavə edilib: 

1.2.3.0.0.0. İşsizlikdən sığortaya ayırmalar,

1.2.3.1.0.0. İşəgötürənlərin əməyin ödənişi fondundan hesablanan işsizlikdən sığorta haqqı, 

1.2.3.2.0.0. İşləyənlərin əmək haqlarından hesablanan işsizlikdən sığorta  haqqı,

1.2.3.3.0.0. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər gəlirlər.

Göründüyü kimi, artıq banklar ödəniş tapşığını geri qaytara bilməyəcəklər, cünki işsizlikdən sığorta haqqı ilə bağlı bəndlər əlavə olunub. Ödənişlə bağlı hər hansı problem olarsa, aşağıda qeyd edilən qərarı banka təqdim edə bilərsiniz. Böyük ehtimalla, Mərkəzi Bank artıq işsizlikdən sığorta haqqı ilə bağlı təsnifat kodunu müvafiq bazaya daxil edib.

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ 

Q Ə R A R № 41

Bakı şəhəri, 9 fevral 2018-ci il

“Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 9 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 9 yanvar tarixli 5 nömrəli qərarının 1.1-ci və 1.2-ci bəndləri müvafiq olaraq 1.2-ci və 1.3-cü bəndlər hesab edilsin və aşağıdakı məzmunda 1.1-ci bənd əlavə edilsin:

 “1.1. həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Büdcə gəlirlərinin Təsnifatı” üzrə:

 1.1.1. “1.2.0.0.0.0. Sosial ayırmalar” bölməsinə aşağıdakı məzmunda köməkçi bölmə əlavə edilsin:

“1.2.3.0.0.0. İşsizlikdən sığortaya ayırmalar,

1.2.3.1.0.0. İşəgötürənlərin əməyin ödənişi fondundan hesablanan işsizlikdən sığorta haqqı,

1.2.3.2.0.0. İşləyənlərin əmək haqlarından hesablanan işsizlikdən sığorta  haqqı,

1.2.3.3.0.0. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər gəlirlər.”.

 1.1.2. “1.4.3.7.0.0. Məşğulluq haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar” paraqrafından sonra

 “1.4.3.8.0.0. İşsizlikdən sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar” paraqrafı əlavə edilsin;

 1.1.3. Büdcə gəlirlərinin təsnifatına əlavə üzrə:

1.1.3.1. “1.2. Sosial ayırmalar” paraqrafının mətni aşağıdakı redaksiyada verilsin:

 “Sosial ayırmalar dövlətin həyata keçirdiyi sosial proqramlardan asılı olaraq sosial təminata, işsizlikdən sığortaya və sosial ehtiyaclara ayırmalara bölünür. Sosial sığorta və işsizlikdən sığorta haqlarının ödənişi məcburi xarakter daşıyır və xüsusi fondların yaradılmasını nəzərdə tutur.”; 1.1.3.2. “1.2.2. Sosial ehtiyaclara digər ayırmalar” paraqrafından sonra aşağıdakı məzmunda paraqraf əlavə edilsin: “

1.2.3. İşsizlikdən sığortaya ayırmalar dedikdə, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sığortaolunan və sığortaedən tərəfindən sığortaçıya ödənilən pul məbləği, həmçinin bu Qanunla müəyyən edilmiş digər gəlirlərdən daxilolmalar nəzərdə tutulur.

1.2.3.1. İşəgötürənlərin əməyin ödənişi fondundan hesablanan işsizlikdən sığorta haqqı sığortaedən tərəfindən hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi miqdarında ödənilən işsizlikdən sığorta haqqını nəzərdə tutur.

 1.2.3.2. İşləyənlərin əmək haqlarından hesablanan işsizlikdən sığorta haqqı işləyənlərin hesablanmış əmək haqlarının 0,5 faizi miqdarında ödənilən işsizlikdən sığorta haqqını nəzərdə tutur.

1.2.3.3. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər gəlirlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalara görə tətbiq olunan inzibati cərimələrdən daxilolmalar istisna olmaqla, bu Qanunla müəyyən edilmiş digər mənbələr üzrə daxilolmaları nəzərdə tutur.”.

1.1.3.3. “1.4.3. Cərimə və sanksiyalar üzrə daxilolmalar” köməkçi bölməsinə “məşğulluq” sözündən sonra “, işsizlik” sözü əlavə edilsin.

2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

0 Komment

    Şərh yazın

    Xəbərlər