Tanınmış Təlim Mərkəzindən HR və mühasiblər üçün TƏLİM

Tanınmış Təlim Mərkəzindən HR və mühasiblər üçün TƏLİM

"Business Management School" MMC 4 dəfə uğurla təşkil edərək keçirtdiyi "Əmək haqqı hesablaması" təliminin 5-ci sessiyasını elan edir. 
 
✔ Təlim kimlər üçün nəzərdə tutulub?
 
- HR asistentlər və mütəxəssislər
- Maaş hesablamalarını həyata keçirdən mühasiblər
- Karyerasını HR sahəsində qurmaq istəyənlər
 
✔ Təlimçi: Müşfiq Əmircanov
 
Təlimçimiz, Müşfiq Əmircanov, İnsan Resurslarının idarə edilməsi sahəsində çoxşaxəli təcrübəyə malikdir. O, uzun müddətdir ki, İnsan Resursları üzrə müxtəlif funksiyaları icra edir. Fəaliyyəti zamanı əsasən kadr inzibatçılığı, əmək haqqı, işə qəbul və s. sahələrdə işləmişdir. Bank sahəsində işləyərkən kadr inzibatçılığı (personnel administration) və əmək haqqı (payroll) istiqamətlərinə rəhbərlik etmiş, məşhur SAP HRM proqram təminatının tətbiq edilməsində böyük rolu olmuşdur. Bu zaman 
Azərbaycan əmək qanunverciliyini və ölkədəki təcrübəni incəliklərinə qədər araşdıraraq, qanunvericilik və biznes tələblərinin formalaşdırılması, kadr və əmək haqqı əməliyyatları üzrə biznes proseslərin hazırlanması və avtomatlaşdırılmasında iştirak etmişdir. Müşfiq Əmircanov İnsan resursları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlardan olan CİPD-nin Certificate in Human Resources Management adlı uzunmüddətli sertifikasiya proqramını uğurla bitirərək Associate CİPD səviyyəsinə yiyələnmişdir.
 
✔ Təlim ödənişlidir. 20 saatliq təlimin ödənişi 200 azn olaraq təyin edilmişdir. 
- Korporativ Endirimlər: Eyni şirkətdən 2 iştirakçı - 5%, 3 ve daha artıq iştirakçı - 10%
 
Ödənişə daxildir:
- Müxtəlif təqdimatlar
- Praktiki çalışmalar
- Təlim materialları 
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk 
 
"Busienss Management School" təlimlərinin məzunları üçün təlim ödənişinə 10 % endirim tətbiq ediləcəkdir.
 
 
✔ Dərs Cədvəli
 
 
28 Fevral (3-cü gün)   19:00 - 21:15  (2 saat)
2   Mart    (5-ci gün)    19:00 - 21:15  (2 saat)
7   Mart    (3-cü gün)   19:00 - 21:15 (2 saat)
9   Mart    (5-cü gün)   19:00 - 21:15 (2 saat)
14 Mart    (3-cü gün)   19:00 - 21:15 (2 saat)
16 Mart    (5-ci gün)    19:00 - 21:15 (2 saat)
28 Mart    (3-cü gün)   19:00 - 21:15 (2 saat)
30 Mart    (5-ci gün)    19:00 - 21:15 (2 saat)
4   Aprel   (3-cü gün)   19:00 - 21:15 (2 saat)
 
Bu təlimlə siz əmək haqqı hesablanmasına aid Azərbaycan Respublikasının qanunvericilik aktları ilə yaxından tanış ola, müxtəlif növ hesab əməliyyatları, məsələn aylıq əmək haqqının, əmək məzuniyyətinin, ezamiyyətin, sosial müavinətlərin və digər ödənişlərin hesablamasını həyata keçirə biləcəksiniz. Bu təlim əmək haqqı mütəxəssisi kimi yetişmənizdə və inkişaf etmənizdə mühüm rol oynayacaqdır. Təlim materialları əmək haqqı ilə əlaqəli işlərinizdə bələdçilik edəcək, təlimin praktiki əhəmiyyətini işinizdə aydın şəkildə görəcəksiniz.
 
✔ Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər