Vergilər Nazirliyinə BANK və ELEKTRON QAİMƏ-FAKTURA ilə bağlı KONKRET SUAL

Vergilər Nazirliyinə BANK və ELEKTRON QAİMƏ-FAKTURA ilə bağlı KONKRET SUAL

Sual: Tələb etsək əgər, banklar bizə elektron qaimə vermək məcburiyyətindədirlərmi?
Ramid Fətiyev, Bakı (07.02.2018) 
 
Cavab: Bildiririk ki, vergi qanunvericiliyində banklar tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə göstərilən xidmətlərə görə elektron qaimə-fakturanın təqdim edilməsi istisna edilməmişdir.
 
Belə ki, bank tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara maliyyə xidmətlərinin (depozitlərin idarə edilməsi, tədiyyələr, köçürmələr və s.) göstərilməsi tərəflər arasında bağlanmış müqavilələrlə tənzimlənir. Bağlanmış müqavilələr əsasında hüquqi şəxslərə və fərdi sahibkarlara göstərilən xidmətlər (maliyyə xidmətləri, dövrü olaraq yerinə yetirilən inkassasiya xidmətləri, seyf xidmətləri və digər bu kimi xidmətlər) müntəzəm və ya daimi əsasda göstərildiyindən həmin xidmətlərə görə alıcılara hər ayın yekunları üzrə göstərilən xidmətlərin ümumi dəyərinə elektron qaimə-faktura təqdim edilməlidir.
 
Bunlarla yanaşı, bank tərəfindən müntəzəm və ya daimi əsasda göstərilməyən birdəfəlik xidmətlərə, habelə çek kitabçalarının satışına görə hər əməliyyat üzrə ayrılıqda elektron qaimə-faktura təqdim edilir.
 
Bax: Vergi Məcəlləsinin 16.1.11-6-cı və 71-1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”.
 

0 Komment

    Şərh yazın

    Xəbərlər