"Bank Respublika"nın yeni HR direktoru təyinatına rəngarəng münasibət

"Bank Respublika"nın yeni HR direktoru təyinatına rəngarəng münasibət

“Bank Respublika” ASC-nin İnsan resursları departamentinə yeni direktor təyinat olub. Banker.az bu barədə Bankın saytına istinadən məlumat yayıb.  Rəsmi məlumatda qeyd olunan vəzifəyə İlkin Zeynallının təyin olunduğu, onun bundan öncə lisenziyası ləğv edilmiş “Dəmir Bank”ın İnsan resursları departamentində direktor vəzifəsində çalışdığı bildirilir. Xatırladaq ki, İlkin Zeynallı yeni vəzifəsində Alina Ağarzayevanı əvəz edib.
Yeni təyinatla bağlı sosial mediada və müxtəlif müzakirə platformalarında ziddiyyətli rəylər paylaşılıb. Bəziləri İlkin Zeynallını işçilərə dəstək göstərən peşəkar HR mütəxəssisi kimi tanıdığını yazsa da, yeni direktorun əvvəllər işlədiyi müəssisələrdə işçilərin ixtisar olunması sahəsində püxtələşdiyinə eyham vuranlar da az olmayıb.
 
Təlimçi kimi tanınan İlkin müəllimin Elmi dərəcələri haqqında məlumat aşağıdakı kimidir:
 
Biznesin Təşkili üzrə Magistr dərəcə (Maliyyə) 
İqtisadiyyat sahəsi üzrə Magistr dərəcə;
Mühasibatlığın İdarəedilməsi üzrə CIMA Diplom (CIMA Böyük Britaniya).
 

0 Komment

    Şərh yazın

    Xəbərlər