İşsizlikdən sığorta haqqında hesabatı nə vaxt və necə təqdim etməliyik?

İşsizlikdən sığorta haqqında hesabatı nə vaxt və necə təqdim etməliyik?

Hesabatı kağız formasında təqdim etmək olar?

İşsizlikdən sığorta haqqı ilə bağlı rekvizitlər hazır olduqdan sonra, həmkarlarımızı maraqlandıran məsələ bununla bağlı hesabatın təqdim olunmasıdır. Həmkarlarımızın suallarını nəzərə alaraq, bu haqda məlumat verməyə çalışacıyıq.

Xəbər verdiyilimiz kimi, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinə əsasən, hər ay üçün hesablanmış sığorta haqqı sığortaedən tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə sığortaçıya ödənilir. Siğortaçı dedikdə, işsizlikdən sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. 

Hesabat formasına gəlincə isə, artıq   Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının "20" "dekabr" 2017-ci il tarixli, "18-2" nömrəli qərarı ilə rüblük hesabat forması təsdiq edilib.

2018-ci ilin 1-ci rübündən başlayaraq, Sığortaedənlər hər rüb üçün “İşsizlikdən sığorta üzrə rüblük hesabat”ı həmin RÜBDƏN SONRA GƏLƏN BİRİNCİ AYIN 20-DƏN GEC OLMAYARAQ və hər rüb üçün ayrı-ayrılıqda Fonda məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatla birgə  təqdim edirlər.

Aprelin, iyulun, oktyabrın və yanvarın 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-sindən sonra gələn birinci iş gününə qədər artırılır.

Hesabatın təqdim edilməsi formasına gəlincə, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının QanununQanunun 6-ci maddəsinə əsasən, hesabatları sığortaçıya (elektron və ya kağız daşıyıcıda) təqdim etmək işəgötürənin hüquq və vəzifələrinə daxil edilib. Hal-hazırda işəgötürənlər üçün hesabatın elektron təqdim edilməsi üzərində işlər gedir. Amma Qanuna əsasən, yenə də işəgötürənlər kağız formada hesabat təqdim etmək hüququna malikdir.

Deməli işsizlikdən sığorta haqqında İLK hesabatımızı APREL AYININ 1-dən 20-sinə kimi təqdim etməliyik.  Hesabatlar DSMF formasından fərqli olan hesabatla təqdim edilməlidir.

---------------------------------------------------------------------------------------------------------
 
Əmək Qanunvericiliyi Toplusu 2018 kitabı satışda    Kitabda 01 yanvar 2018-ci il tarixinə olan dəyişikliklərlə Əmək Məcəlləsi, Nazirlər kabinetinin qərarları və sahəvi qurumların normativ hüquqi aktları yerləşdirilib. Əlavə olaraq Əmək Məcəlləsinə son dəyişikliklər şərh olunub.  Üstəlik Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin ekspertlərinin əmək qanunvericiliyindəki bəzi mübahisəli məqamlarla bağlı rəsmi mövqeyi verilib. Nəhayət, www.mks.az saytının ekspertlərinin bəzi aktual məsələrlə bağlı şərhləri yerləşdirilib.   
Kitabı əldə etmək üçün bizim əlaqə vasitələrimizlə (012 564 86 85, 050 368 12 72) sifariş verə bilərsiniz.      
Çatdırılma pulsuzdur.  Kitab iki iş günü ərzində çatdırılır.
Kitabın satış qiyməti 12 (on iki) manatdır. 

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər