Yanvar ayı üzrə işsizlikdən sığorta haqqını nə vaxta kimi ödəməliyik?

Yanvar ayı üzrə işsizlikdən sığorta haqqını nə vaxta kimi ödəməliyik?

Həmkarlarımızı maraqlandıran məsələ odur ki, yanvar ayının əmək haqqı fondundan hesablanan işsizlikdən sığorta haqqı fevral ayında ödənildiyi halda, penya hesablanacaq?

Xəbər verdiyimiz ki, işsizlik sığortası ilə büdcə təsnifatları artıq məlum olub: 

Sığortaedənin (İşəgötürənin) hesabına ödənilən işsizlikdən siğorta haqqı  - 121 100; 

Sığortaolunan (İşçinin) hesabına ödənilən işsizlikdən siğorta haqqı  - 121 200; 

Penya və maliyyə sanksiyasının ödənilməsi - 143 300.

Həmkarlarımızı maraqlandıran məsələ odur ki, yanvar ayının əmək haqqı fondundan hesablanan işsizlikdən sığorta haqqı fevral ayında ödənildiyi halda, penya hesablanacaq? 

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinə əsasən, hər ay üçün hesablanmış sığorta haqqı sığortaedən tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin SONRAKI AYIN 15-DƏN GEC OLMAYARAQ, tam məbləğdə sığortaçıya ödənilir. Deməli, həmkarlarımız 2018-ci ilin fevralın 15-nə qədər işsizlikdən siğorta haqqını ödəyirsə, hər hansı peniya hesablanmır. 

-------------------------------------------------------------------------------------

Əmək Qanunvericiliyi Toplusu 2018 kitabı satışda
 
Kitabda 01 yanvar 2018-ci il tarixinə olan dəyişikliklərlə Əmək Məcəlləsi, Nazirlər kabinetinin qərarları və sahəvi qurumların normativ hüquqi aktları yerləşdirilib. Əlavə olaraq Əmək Məcəlləsinə son dəyişikliklər şərh olunub.  Üstəlik Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin ekspertlərinin əmək qanunvericiliyindəki bəzi mübahisəli məqamlarla bağlı rəsmi mövqeyi verilib. Nəhayət, www.mks.az saytının ekspertlərinin bəzi aktual məsələrlə bağlı şərhləri yerləşdirilib. 
 
Kitabı əldə etmək üçün bizim əlaqə vasitələrimizlə (012 564 86 85, 050 368 12 72) sifariş verə bilərsiniz. 
 
Çatdırılma pulsuzdur.  Kitab iki iş günü ərzində çatdırılır.
 
Kitabın satış qiyməti 12 (on iki) manatdır. 

 

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər