Fiziki şəxslər hansı halda işsizlik siğortası ödəməlidir?

Fiziki şəxslər hansı halda işsizlik siğortası ödəməlidir?

Son vaxtlar, oxucuları maraqlandıran sual fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin işsizlik sığortası hesablanmasına aiddir.

30 iyun 2017-ciiltarixində qəbul olunmuş və 01.01.2018-ci ildə tətbiq olunan “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu işçilər və işəgötürənlar üçün ən vacib normativ aktlardan biridir. Son vaxtlar, oxucuları maraqlandıran sual fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin işsizlik sığortası hesablanmasına aiddir.

Bildiyimiz kimi, "İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, İşsizlikdən sığorta haqqı, hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi və işçinin əməkhaqqının 0,5 faizi miqdarında  sığortaedən tərəfindən ödənilir.

Qeyd edildiyi kimi, işsizlik sığortasının hesablanma subyekti əməkhaqqı fondudur. Əgər fiziki şəxs işəgötürən qismində çıxış edirsə, bu zaman işçilərin əməkhaqqı fondunda uyğun işsizlik sığortası ödənişi həyata keçirə bilər. Amma fərdi sahibkar yalnız minimum əmək haqqı müəyyən mislində məcburi sosial ayırma ödəyirsə, bu zaman əlavə olaraq işsizlik sığortası hesablanmaya ehtiyac yoxdur. 

-------------------------------------------------------------------------------------

Əmək Qanunvericiliyi Toplusu 2018 kitabı satışda

Kitabda 01 yanvar 2018-ci il tarixinə olan dəyişikliklərlə Əmək Məcəlləsi, Nazirlər kabinetinin qərarları və sahəvi qurumların normativ hüquqi aktları yerləşdirilib. Əlavə olaraq Əmək Məcəlləsinə son dəyişikliklər şərh olunub.  Üstəlik Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin ekspertlərinin əmək qanunvericiliyindəki bəzi mübahisəli məqamlarla bağlı rəsmi mövqeyi verilib. Nəhayət, www.mks.az saytının ekspertlərinin bəzi aktual məsələrlə bağlı şərhləri yerləşdirilib. 

Kitabı əldə etmək üçün bizim əlaqə vasitələrimizlə (012 564 86 85, 050 368 12 72) sifariş verə bilərsiniz. 

Çatdırılma pulsuzdur.  Kitab iki iş günü ərzində çatdırılır.

Kitabın satış qiyməti 12 (on iki) manatdır. 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər