38 yaşlı Azərbaycanlı Rusiya Federasiyasının İqtisadi İnkişaf nazirinin müavini vəzifəsinə təyin olunub

38 yaşlı Azərbaycanlı Rusiya Federasiyasının İqtisadi İnkişaf nazirinin müavini vəzifəsinə təyin olunub

Yeni nazir müavini kadr siyasəti ilə bağlı məsələlərə, nazirin fəaliyyətini təmin etməyə, hüquqi məsələlər və maliyyə fəaliyyətinə cavabdeh olacaq.

Rusiyanın baş naziri Dmitri Medvedev Azər Talıbovu Rusiya Federasiyasının İqtisadi İnkişaf nazirinin müavini vəzifəsinə təyin edib.  Bu barədə Nazirlər Kabinetində dərc olunmuş sərəncamda qeyd olunur.

 

RF İqtisadi İnkişaf Nazirliyinin saytında yayılan məlumata görə, hazırda nazir Maksim Oreşinin müavinlərinin sayı 11-ə çatıb. 

Yeni nazir müavini kadr siyasəti ilə bağlı məsələlərə, nazirin fəaliyyətini təmin etməyə, hüquqi məsələlər və maliyyə fəaliyyətinə cavabdeh olacaq. 

Vikipediya saytının məlumatına əsasən, Azər Talıbov haqqında məlumat aşağıdakı kimidir:

Azər Mütəllim oğlu Talıbov — Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin müavini.

Həyatı
Azər Talıbov 10 fevral 1979-cu ildə Rusiyanın paytaxtı Moskva şəhərində anadan olub.
2002-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun magistraturasını bitirib.
2002-ci ilin noyabr ayından 2008-ci ilin iyun ayınadək Rusiya Fedrasiyasının iqtisadi inkişaf və ticarət nazirliyində müxtəlif vəzifələrdə işləyib.
2008-ci ilin iyun ayından 2012-ci ilin iyun ayınadək Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin köməkçisi içləyib.
2012-ci ilin iyun ayından 2013-cü ilin iyul ayınadək Rusiya Federasiyası Prezidenti köməkçisi aparatının rəhbəri işləyib.
2013-cü ilin iyul ayından 2017-ci ilin yanvarınadək Rusiya Bankı Sədri Katibliyinin rəhbəri işləyib.
28 yanvar 2017-ci ildə Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin müavini təyin edilib.
 
Mükafatları
"Vətən qarşısında xidmətlərə görə" ordeni, II dərəcə

0 Komment

    Şərh yazın

    Xəbərlər