Əvəzetməyə görə əmək haqqı hesablanmasının MİSALLA İZAHI

Əvəzetməyə görə əmək haqqı hesablanmasının MİSALLA İZAHI

Müvəqqəti əvəz etmə zamanı əmək haqqı eyni və ya az olarsa, bu əvəzetməyə görə ödəniş necə hesablanmalıdır?
 
İşçinin digər işçini əvəzetməsi zamanı bu prossesə görə ödənilən əvəzetmə necə hesablanır. Aydın olması üçün misallar izah etməyə çalışaq.
Tutaq ki, işçi əmək müqaviləsinə görə təşkilatda iqtisadçı vəzifəsində çalışır. İş əsnasında məlum olur ki, təşkilatın əməkhaqqı üzrə mühasibi bir ay üzürlü səbəbdən işdə olmayacaq. İşəgötürən ilə iqtisadçı razılaşır ki, mühasibin əmək funksiyalarını da o yerinə yetirəcək. İqtisadçının əməkhaqqı 200 manat, mühasibin əməkhaqqı isə 250 manatdır.
Bu halda müvəqqəti bir aylıq əvəz etməyə görə iqtisadçıya 250 ilə 200 manat arasındakı fərq - 50 manat əlavə ödəniləcək.
Yaxud tutaq ki, hər iki işçinin əməkhaqqı 200 manat təşkil edir. Bu halda iqtisadçı işəgötürənlə razılaşmalıdır ki, müvəqqəti əvəz etməyə görə nə qədər əlavə əməkhaqqı alacaq? Düzdür Məcəllədə belə əvəz etməyə görə norma müəyyənləşdirilməsə də, ödənilən əlavənin məbləği ağlabatan olmalıdır.
 

Əmək Qanunvericiliyi Toplusu 2018 kitabı satışda 

www. Mks. az saytı yenidən nəşrləri ilə həmkarlarımızın görüşünə gəlir: "Əmək Qanunvericiliyi Toplusu -2018" kitabı satışda.  Kitabda 01 yanvar 2018-ci il tarixinə olan dəyişikliklərlə Əmək Məcəlləsi, Nazirlər kabinetinin qərarları və sahəvi qurumların normativ hüquqi aktları yerləşdirilib. Əlavə olaraq Əmək Məcəlləsinə son dəyişikliklər şərh olunub.  Üstəlik Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin ekspertlərinin əmək qanunvericiliyindəki bəzi mübahisəli məqamlarla bağlı rəsmi mövqeyi verilib. Nəhayət, www.mks.az saytının ekspertlərinin bəzi aktual məsələrlə bağlı şərhləri yerləşdirilib.  Kitabı əldə etmək üçün bizim əlaqə vasitələrimizlə (012 564 86 85, 050 368 12 72) sifariş verə bilərsiniz.  

Çatdırılma pulsuzdur.  Kitab iki iş günü ərzində çatdırılır. Kitabın satış qiyməti 12 (on iki) manatdır. 

0 Komment

    Şərh yazın

    Xəbərlər