Fazil Məmmədovun bacısı oğlu Vergilər Nazirliyindəki məsul vəzifəsindən getdi

Fazil Məmmədovun bacısı oğlu Vergilər Nazirliyindəki məsul vəzifəsindən getdi

Vəzifədən gedən Elnur İsgəndərov Bakının əsas rayonlarından birinin İcra Hakimiyyətinin başçısının oğludur
 
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun oğlu Vergilər Nazirliyində tutduğu vəzifədən azad olunub. "Qafqazinfo"  xəbər verir ki, Elnur İsgəndərov öz ərizəsi ilə vəzifəsini tərk edib.  
Qeyd edək ki, mayor (kiçik vergi xidməti müşaviri) rütbəsi verilən Elnur İsgəndərov, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Bəyannamələr idarəsində direktor müavini vəzifəsində çalışırdı.  
O, həmin vəzifəyə 2016-cı ilin iyun ayında sabiq Vergilər Naziri Fazil Məmmədov tərəfindən təyin edilmişdi. Elnur İsgəndərov Fazil Məmmədovun bacısı oğludur.
Xatırladaq ki, Fazil Məmmədov vəzifəsindən azad edildikdən sabiq nazirə yaxınlığı ilə seçilən şəxslər işdən çıxarılır. 
 

---------------------------------------------------------------------------------------------

Əmək Qanunvericiliyi Toplusu 2018 kitabı satışda 

www. Mks. az saytı yenidən nəşrləri ilə həmkarlarımızın görüşünə gəlir: "Əmək Qanunvericiliyi Toplusu -2018" kitabı satışda.  Kitabda 01 yanvar 2018-ci il tarixinə olan dəyişikliklərlə Əmək Məcəlləsi, Nazirlər kabinetinin qərarları və sahəvi qurumların normativ hüquqi aktları yerləşdirilib. Əlavə olaraq Əmək Məcəlləsinə son dəyişikliklər şərh olunub.  Üstəlik Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin ekspertlərinin əmək qanunvericiliyindəki bəzi mübahisəli məqamlarla bağlı rəsmi mövqeyi verilib. Nəhayət, www.mks.az saytının ekspertlərinin bəzi aktual məsələrlə bağlı şərhləri yerləşdirilib.  Kitabı əldə etmək üçün bizim əlaqə vasitələrimizlə (012 564 86 85, 050 368 12 72) sifariş verə bilərsiniz.   Çatdırılma pulsuzdur.  Kitab iki iş günü ərzində çatdırılır. Kitabın satış qiyməti 12 (on iki) manatdır. 

0 Komment

    Şərh yazın

    Xəbərlər