Əmək kitabçasının yenisini necə almaq olar?

Əmək kitabçasının yenisini necə almaq olar?

İndi dublikat əmək kitabçasını hardan almalıyam? Bir-bir köhnə iş yerlərimə gedib imzalatdırmalıyammı? 

Sual: - İndiyə qədər 5 təşkilatda çalışmışam. Sonuncu calışdığım təşkilatdan artıq 3 aya yaxındır ki, öz ərizəmlə çıxmışam. Yaxınlarda yeni işə qəbul olunmuşam və məndən əmək kitabçası tələb edirlər. Təəssuf ki, əmək kitabçamı itirmişəm.

İndi dublikat əmək kitabçasını hardan almalıyam? Bir-bir köhnə iş yerlərimə gedib imzalatdırmalıyammı? Təşkilat lardan biri artıq bağlanıb, onunla bağlı nə etməliyəm? Zəhmət olmasa, bu prosesi mənə izah edərdiniz?

Tural Qurbanov

 

Cavab: - İtirilmiş əmək kitabçasının dublikatını almaq üçün, ilk növbədə işlədiyiniz bütün iş yerlərindən əmək fəaliyyətinizə dair arayış alınmalı (müəssisə hazırda fəaliyyət göstərmirsə və yaxud ləğv edilibsə, həmin müəssisənin arxiv sənədlərini təhvil verdiyi müvafiq arxiv idarəsindən arayış alınmalıdır) və arayışları yeni işlədiyiniz və yaxud işləyəcəyiniz müəssisəyə təqdim etməklə dublikat əmək kitabçası ala bilərsiniz.

---------------------------------------------------------------------------------------------

Əmək Qanunvericiliyi Toplusu 2018 kitabı satışda

www. Mks. az saytı yenidən nəşrləri ilə həmkarlarımızın görüşünə gəlir: "Əmək Qanunvericiliyi Toplusu -2018" kitabı satışda.  Kitabda 01 yanvar 2018-ci il tarixinə olan dəyişikliklərlə Əmək Məcəlləsi, Nazirlər kabinetinin qərarları və sahəvi qurumların normativ hüquqi aktları yerləşdirilib. Əlavə olaraq Əmək Məcəlləsinə son dəyişikliklər şərh olunub.  Üstəlik Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin ekspertlərinin əmək qanunvericiliyindəki bəzi mübahisəli məqamlarla bağlı rəsmi mövqeyi verilib. Nəhayət, www.mks.az saytının ekspertlərinin bəzi aktual məsələrlə bağlı şərhləri yerləşdirilib. Kitabı əldə etmək üçün bizim əlaqə vasitələrimizlə (012 564 86 85, 050 368 12 72) sifariş verə bilərsiniz.  Çatdırılma pulsuzdur.  Kitab iki iş günü ərzində çatdırılır. Kitabın satış qiyməti 12 (on iki) manatdır. 

0 Komment

    Şərh yazın

    Xəbərlər