VACİB MƏLUMAT! Əmək məcəlləsində MÜAVİNƏT NECƏ HESABLANACAQ?
TƏƏSSÜF!!! Bu dəyişiklikdən sonra İşəgötürən rahatlıqla və az xərclə işçini ixtisara sala biləcək....
01 yanvar 2018-cil tarixdən tətbiq olunan Əmək Məcəlləsinə dəyişikliklər haqqında məlumatlar verməyə davam edirik. Məlumat üçün bildirək ki, yeni dəyişikliklərin izahı və yeni Əmək Məcəlləsi yeni nəşrimiz olan "Əmək Qanunvericiliyi Toplusu- 2018" kitabında geniş verilib.
Əmək Məcəlləsinin 77-ci maddəsi üzrə dəyişiklik aşağıdakı kimi olub:
1.3. 77-ci maddə üzrə:
1.3.2. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:
“3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə
işdənçıxarma müavinəti ödənilir:
bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;
bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.”
Bu dəyişiklik də işçiləri stajlarına görə fərqləndirmək üçün edilib. Dəyişikliyə qədər əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «a» və «b» bəndləri ilə ləğv edilərkən işçilərə orta əməkhaqqıdan az olmamaqla işdənçıxarma müavinəti ilə yanaşı, işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əməkhaqqı ödənilirdi.
01 yanvar 2018-ci ildən etibarən isə, müavinətin təyin edilməsi işçinin HƏMİN İŞƏGÖTÜRƏNLƏ olan əmək stajına uyğun müəyyənləşəcək:
bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;
bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
________________________________________________________
Əmək Qanunvericiliyi Toplusu 2018 kitabı satışda
www. Mks. az saytı yenidən nəşrləri ilə həmkarlarımızın görüşünə gəlir: "Əmək Qanunvericiliyi Toplusu -2018" kitabı satışda. Kitabda 01 yanvar 2018-ci il tarixinə olan dəyişikliklərlə Əmək Məcəlləsi, Nazirlər kabinetinin qərarları və sahəvi qurumların normativ hüquqi aktları yerləşdirilib. Əlavə olaraq Əmək Məcəlləsinə son dəyişikliklər şərh olunub. Üstəlik Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin ekspertlərinin əmək qanunvericiliyindəki bəzi mübahisəli məqamlarla bağlı rəsmi mövqeyi verilib. Nəhayət, www.mks.az saytının ekspertlərinin bəzi aktual məsələrlə bağlı şərhləri yerləşdirilib.
Kitabı əldə etmək üçün bizim əlaqə vasitələrimizlə (012 564 86 85, 050 368 12 72) sifariş verə bilərsiniz.
İstənilən ünvana Çatdırılma pulsuzdur. Kitab iki iş günü ərzində çatdırılır. Kitabın satış qiyməti 12 (on iki) manatdır.
0 Komment
Şərh yazın