DİQQƏT! MÜHASİBLƏRİN diqqətinə... BANK köcürmə zamanı yeni kod istəyəcək

DİQQƏT! MÜHASİBLƏRİN diqqətinə... BANK köcürmə zamanı yeni kod istəyəcək

Maliyyə Bazarlarına Nəzarət Palatasından BANKLARDAN vergi ödəyiciləri ilə bağlı YENİ TƏLƏB
 
Həmkarlarımızın verdiyi məlumata əsasən,  Azərbaycan Respulikasının Maliyyə Bazarlarına Nəzarət Palatası banklara məktuba göndərərək xarici AVANS köcürmələrdə yeni tələb qoyub.
Azərbaycan Respulikasının Maliyyə Bazarlarına Nəzarət Palatasından banklara daxil olan məktuba əsasən 30 yanvar 2018-ci il tarixdən etibarən ölkə xaricinə ediləcək AVANS köçürmələri (yəni, tərtib olunmuş xarici vayuta üzrə ödəniş tapşırıqlarında qeyd olunan "PREPAYMENT") zamanı ilk növbədə ödəyici "Elektron Gömrük Portalı"-nda köçürmə üçün əsas olan sənədləri (yəni, xarici şirkətlə müəssisəniz arasında olan müqaviləni və xarici şirkətin müəssisənizə təqdim etdiyi "Proforma İnvoice"-ni) qeydiyyatdan keçirməli və qeydiyyatdan keçirilən sənədlər üçün sözügedən portalın ödəyiciyə təqdim etdiyi 9 rəqəmli şifrəni ödəniş tapşırığında qeyd etməklə banklara təqdim etməlidir. 
AVANS şəklində ödənilmiş ödənişlər elektron portaldan qeydiyyatdan keçirilmədiyi halda İDXAL ediləcək malların gömrük rəsmiləşdirməsi Dövlət Gömrük Komitəsi tərəfindən dayandırılacaq. Buna görə də müəssisəniz tərəfindən xarici ödənişlər ödəyərkən diqqətli olmağınızı və yuxarıda qeyd etdiyim qanunauyğunluqla ödənişlərinizi həyata keçirməyi tövsiyyə edilir.
 
P.S. Bu haqda məlumatı olan şəxslərdən daha geniş məlumat verməyi xahiş edirik.
 
----------------------------------------------------------------------------------------------------------------------
Əmək Qanunvericiliyi Toplusu 2018 kitabı satışda
 
www. Mks. az saytı yenidən nəşrləri ilə həmkarlarımızın görüşünə gəlir: "Əmək Qanunvericiliyi Toplusu -2018" kitabı satışda. Kitabda 01 yanvar 2018-ci il tarixinə olan dəyişikliklərlə Əmək Məcəlləsi, Nazirlər kabinetinin qərarları və sahəvi qurumların normativ hüquqi aktları yerləşdirilib.
Əlavə olaraq Əmək Məcəlləsinə son dəyişikliklər şərh olunub.  Üstəlik Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin ekspertlərinin əmək qanunvericiliyindəki bəzi mübahisəli məqamlarla bağlı rəsmi mövqeyi verilib.
Nəhayət, www.mks.az saytının ekspertlərinin bəzi aktual məsələrlə bağlı şərhləri yerləşdirilib.
Kitabı əldə etmək üçün bizim əlaqə vasitələrimizlə (012 564 86 85, 050 368 12 72) sifariş verə bilərsiniz. 
Çatdırılma pulsuzdur.  Kitab iki iş günü ərzində çatdırılır. Kitabın satış qiyməti 12 (on iki) manatdır. 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər