VERGİ YOXLAMALARI İLƏ BAĞLI ŞAD XƏBƏR

VERGİ YOXLAMALARI İLƏ BAĞLI ŞAD XƏBƏR

Vergilər Nazirliyi biznes sektorunda yoxlamaları tamamilə dayandırıb. Bu barədə Trend-ə hökumətdəki mənbədən məlumat verilib.
Məlumatda qeyd olunur ki, yoxlamaların dayandırılması nazirlikdəki rəhbər dəyişikliyindən sonra aparılan struktur və kadr islahatları ilə bağlıdır. Kadr dəyişikliyi vergi yoxlamalarını aparan şəxslərə də təsir edib. Hazırda vergi yoxlamalarına kurasiya nazirin müavini İlkin Vəliyevə keçib. Bununla belə, kurator olmasına baxmayaraq, heç bir yoxlama aparılmır.
Qeyd edək ki, ötən ilin dekabrında Mikayıl Cabbarov vergilər naziri təyin edilib.
Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamalar 1 yanvar 2021-ci il tarixinədək dayandırılıb, amma bu, illik dövriyyəsi 120 min manatdan çox olan şirkətlərə şamil olunmur.
 

0 Komment

    Şərh yazın

    Xəbərlər