VAKANSİYA! Beynəlxalq Bankdan ƏMƏLİYYATÇI üçün İŞ ELANI

VAKANSİYA! Beynəlxalq Bankdan ƏMƏLİYYATÇI üçün İŞ ELANI

İqtisadiyyat yönümlü ali təhsillər müraciət edə bilərlər
 
Naxçıvan filialına Əməliyyatçı və Kredit Mütəxəssisi vəzifələri
 
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
 
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
 
Vakant vəzifə üzrə tələblər:
 
İqtisadiyyat yönümlü ali təhsil
MS Office (Word, Excel) proqramları üzrə biliklər
Ünsiyyətçilik, şəffaflıq, təşəbbüskarlıq
Komandada işləmək bacarığı
Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti
Riyazi hesablama aparmaq qabiliyyəti
İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
 
Bu iş sizə nələri qazandıracaq:
 
Bankın fəaliyyətini dərindən öyrənmək imkanı;
Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı.
 
 
 Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  05 Fevral 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
 
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Naxçıvan” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

0 Komment

    Şərh yazın

    Xəbərlər