Əsas vəsait VÖEN olmayan fiziki şəxsdən alındıqda necə rəsmiləşdirilməlidir?

Əsas vəsait VÖEN olmayan fiziki şəxsdən alındıqda necə rəsmiləşdirilməlidir?

Vergilər Nazirliyi bu hallarda necə rəsmiləşdirmə və amortizasiya hesablanmasına aydınlıq gətirdi
 
Sual: Hüquqi şəxs öz istifadəsi üçün hər hansı ofis avadanlıqları alır. Məbləğin çox alınmaması üçün avadanlıqları ikinci əldən, yəni VÖEN olmayan fiziki şəxslərdən alırsa 
1. Bunları hansı sənədlərlə rəsmiləşdirməlidir? 
2. Vergi məqsədləri üçün bu avadanlıqları əsas vəsaitlərə daxil edib amortizasiya hesablamaq olarmı?
 
Ağası Səfərov Asəf, [email protected] (13.01.2018) 
 
Cavab: Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi pərakəndə ticarət və topdansatış ticarət fəaliyyəti sahələrində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarına əsasən vergi ödəyicisi malları vergi orqanında uçotda olmayan şəxslərdən aldıqda “Malların alış aktı” tərtib edilir və və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. “Malların alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir.
 
“Malların alış aktı”nın forması (MAA-1) isə Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə təsdiq edilmişdir (http://www.e-qanun.az/framework/36018).
 
Bununla belə, malların təqdim edilməsi sahibkarlıq fəaliyyəti sayılmaqla həmin malları (vergidən azad edilən mallar istisna olmaqla, məsələn kənd təsərrüfatı məhsulları) təqdim edən şəxs üçün vergi öhdəliyinin yaranmasına səbəb olur.
 
Bu baxımdan da malların dəyərini ödəyən vergi ödəyicisi tərəfindən ödənilmiş məbləğlər və ödənişi alan şəxs haqqında alış aktında qeyd olunmalı məlumatlar vergi orqanına təqdim edilməlidirlər.
 
Bax: Vergi Məcəlləsinin 13.2.10-cu, 73-cü və 130-1-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli və 16 iyun 2017-ci il 1460 nömrəli Fərmanları ilə təsdiq olunmuş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.
 
2. Cavab: Bildiririk ki, alınmış aktivlərin dəyəri 500 manatdan, isitismar müddəti 1 ildən artıq olduqda, həmin aktivlər əsas vəsaitlərə aid edilməlidir.
 
Allnmış əsas vəsaitləri gəlirin əldə olunması prosesində istifadə edildikdə, hesablanan amortizasiya ayırmaları gəlirdən çıxıla bilər.
 

0 Komment

    Şərh yazın

    Xəbərlər