Mingəçevir regional “ASAN xidmət” mərkəzindən SƏRFƏLİ İŞ TƏKLİFİ

Mingəçevir regional “ASAN xidmət” mərkəzindən SƏRFƏLİ İŞ TƏKLİFİ

Humanitar və sosial istiqamətlər, iqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri üzrə ALİ Təhsililər. STAJ tələbi: YOXDUR
 
Mingəçevir regional “ASAN xidmət” mərkəzi 
 
Vətəndaşların qəbulu işinin təşkili sektoru, böyük məsləhətçi
 
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə:
Dövlət orqanı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Struktur bölmə Mingəçevir regional “ASAN xidmət” mərkəzi , Vətəndaşların qəbulu işinin təşkili sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı böyük məsləhətçi (1 yer)
Vakant inzibati vəzifənin kodu 151029
Vakant inzibati vəzifənin təsnifatı 7
Aylıq vəzifə maaşı 315
 
Qulluq funksiyaları
 
mərkəzə birbaşa və ya elektron şəkildə daxil olan vətəndaşların növbəyə alınmasının həyata keçirilməsi
vətəndaşların əldə etmək istədikləri sənəd üçün hansı şöbəyə və hansı sənədlərlə müraciət etməli olduqları haqqında məlumat verilıməsi
fəaliyyətin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun olaraq həyata keçirilməsinin təmin edilməs
mərkəzlərdə fəaliyyətin bütün vətəndaşlar üçün təqvimin bütün günlərində fasiləsiz həyata keçirilməsinin təmin edilməsi
vətəndaşların məlumat əldə etməsini asanlaşdırmaq məqsədi ilə tədbirlərin həyata keçirilməsi
strukturun və fəaliyyətin təkmilləşdirilməsi istiqamətində sektor müdirinə təkliflərin verilməsi
sektora daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasının təmin edilməsi
vəzifəsi üzrə sektor müdiri tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi və s.
 
Vakant inzibati vəzifənin tutulması şərtləri
 
Təhsil tələbləri: humanitar və sosial istiqamətlər, iqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil
Staj tələbi: yoxdur
Kompyuter tələbləri: MS Windows, MS Office, Internet və s.– orta səviyyədə
Xarici dil bilikləri: İngilis dili-B1;Rus dili-B1;
Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB3
Müsahibə elanının tarixi 11.01.2018 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 09.02.2018 18:00
 
 
Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 11 yanvar 2018-ci il tarixdən 9 fevral 2018-ci il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.
Qeydlər:
1. Bu Formanın 2-ci hissəsində “Dövlət qulluğu üzrə müraciət Forması” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavədə göstərilmiş Forma nəzərdə tutulur.
2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
3. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
4. Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
5. Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.
 

0 Komment

    Şərh yazın

    Xəbərlər