VAKANSİYA! ASAN XİDMƏTin baş ofisindən İş ELANI

VAKANSİYA! ASAN XİDMƏTin baş ofisindən İş ELANI

Aylıq vəzifə maaşı 520 manatdır
 
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 
Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi , Operativ nəzarət sektoru, böyük məsləhətçi
 
Əlaqə məlumatları 
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə: Həsən Əliyev küçəsi 36, AZ 1078
Dövlət orqanı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Struktur bölmə Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi , Operativ nəzarət sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı böyük məsləhətçi (1 yer)
Vakant inzibati vəzifənin kodu 151040
Vakant inzibati vəzifənin təsnifatı 5
 
Qulluq funksiyaları 
 
Tikinti obyektlərində quraşdırılan kameralar vasitəsilə müşahidə aparmaq və kameraların real vaxt rejimində işlək vəziyyətdə olmasına nəzarət etmək
İşçilərin eyniləşdirilməsini həyata keçirən analitik tanıma sisteminin fəaliyyətinin idarə edilməsində iştirak etmək
Fəaliyyəti sahəsində aşkar edilmiş uyğunsuzluq faktını sənədləşdirmək və sektor müdirinə təqdim etmək
Funksiyalarından irəli gələn məsələlərlə bağlı məlumatları elektron reyestrə daxil etmək
Fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənmək və uyğun təcrübənin tətbiqi ilə bağlı təkliflər vermək
Sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq
Sektora daxil olan ərizə, təklif və şikayətləri araş¬dırmaq və cavablandırılmaq
Vəzifəsi üzrə sektor müdiri tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
 
Vakant inzibati vəzifənin tutulması şərtləri 
 
Təhsil tələbləri: tətbiqi riyaziyyat, texniki istiqamətlər ixtisas istiqamətləri üzrə ali təhsil
Staj tələbi: 2 il ümumi iş stajı
Kompyuter tələbləri: (MS WINDOWS, MS OFFICE, INTERNET və s.) – yüksək səviyyədə
Xarici dil bilikləri: İngilis dili-C1;Rus dili-C1;
Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA3
Müsahibə elanının tarixi 11.01.2018 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 09.02.2018 18:00
 
Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər. 
Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 11 yanvar 2018-ci il tarixdən 9 fevral 2018-ci il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.
 
 

1 Komment

  1. Günel 25 Oktyabr 2021

    Salam.Mən İmanova Günel Səməd qızı yoldaşım 2 ci qrup Qarabağ əlilidi.Evdə 2 azyaşlı övladım var.Dolana bilmirik.Yoldaşımın aldığı pensiya bizi ödəmir.Xahiş edirəm mənə kömək edin.Gəncə şıhəri Məhdəti qəsəbəsinin gireceyində yeni tikilmiş asan xidmət mərkəzində hər hansı işlə təmin edin.

Şərh yazın

Xəbərlər