Ödənişsiz HR Təlimlə bağlı bilməli olduğumuz 5 VACİB MƏSƏLƏ

Ödənişsiz HR Təlimlə bağlı bilməli olduğumuz 5 VACİB MƏSƏLƏ

WWW.MKS.AZ SAYTInın “Öyrətmək Savab, öyrənmək Qazanc” devizi ilə “Kargüzarlıqdan HR idarəetməsinə gedən karyera: A-dan Z-yə” mövzusunda keçirəciyi ÖDƏNİŞSİZ  praktiki təlim kursuna olan marağı nəzərə alaraq, təlimlə bağlı aşağıdakıları həmkarlarımıza bildirmək istərdik:
 
1) TƏLİM KİMLƏR ÜÇÜN NƏZƏRDƏ TUTULUB?
 
Mks.az saytı olaraq bildirmək istəyirik ki, bu təlimin keçirilməsində ƏSAS MƏQSƏD gənclərimizin işlə təminat məsələsində öz töhvəmizi verməkdir. O səbəbdən də, uyğun namizədlər HR sahəsində yeni iş fəaliyyətinə başlayan vəya gələcəkdə bu sahədə karyera qurmaq istəyən namizədlərə şans verəciyik. Sevindirici haldır ki, təlimlə bağlı elanın ilk günündə 30 -ə yaxın müraciət qeydiyyata alınıb. Təcrubəsi olan vəya mühasibatlıqda sahəsində çalışan dəyərli həmkarlarımız da müraciət etsə də, qarşılıqlı anlaşma şəraitində həmin şəxsləriqeydiyyata alınmayıblar. Həmin həmkarlarımızaa bu cür mədəni anlayışlarına görə də təşəkkür edirik.
 
2) QEYDİYYATA YAZILMAQ ÜÇÜN NƏ ETMƏLİ?
 
Təlimə qeydiyyata düşmək üçün hər hansı CV vəya tərcümeyi-hal göndərməyə ehtiyac yoxdur. Sadəcə facebook vasitəsiylə müraciət edirlər, qısa sorğu-sual edildikdən sonra qeydiyyata alınması prossesi başlanılır. Növbəti həftə ərzində qeydiyyata alan şəxs ona elan ediləcək ofisə gələrək test üsulu ilə suallarl cavablandıracaq. Ofisin yeri və əlaqə nömrələri haqqında gələn həftə ərzində geniş məlumat veriləcək. 
 
3) TƏLİMÇİLƏR KİMLƏR OLACAQ?
 
Sevindirici haldır ki, ödənişsiz əsaslarla təlim keçirmək üçün hələ ki, müraciət etdiyimiz 3 tanınmış şirkətin HR menecerindən müsbət cavab almışıq. Həmin təlimçilər çox həvəslə bu sahədə ilk addımlarını atan mütəxəssisləri öyrətməyə maraqlıdır. Buna görə, həmin təlimçilərə təşəkürrümüzü bildiririk. Bundan əlavə, mks.az saytının ekspertləri də təlimçi kimi iştirak edəcəklər. Qeyd edək ki, məhz təlimçilərin hazırladığı yekun test qiymətləndirilməsinin yekun cavablarına görə iştirakçılara sertifikatlar təqdim olunacaq.
 
4) TƏLİMİN MÜDDƏTİ VƏ KEÇİRİLMƏ VAXTI NECƏ TƏNZİMLƏNƏCƏK?
 
Təlim keçirilmə vaxtı təlim iştirakçıları və təlimçilərlə müzakirə zamanı müəyyənləşdiriləcək.  Hal-hazırda apardığımız sorğular zamanı daha çox iş vaxtından sonra vəya həftəsonu keçirilməsi təklifləri verilir. Təlimin müddətinə gəlincə isə, çalışaçıyıq ki,  istər qısa müddətli istərsə də uzun müddətli təlimlərə üstünlük verməyək.
 
5) BU TİP TƏLİMLƏR MÜHASİBLƏR ÜÇÜN HƏYATA KEÇİRİLƏ BİLƏR?
 
Mühasiblər üçün gələcəkdə bu tip təlimlərin həyata keçirilməsi planlaşdırılır. Bununla bağlı yaxın günlərdə mühasibatlıq sahəsində çalışan həmkarlarımızla təlimçi qısmində iştirakla bağlı müzakirələrə başlamaq istərdik. Sevindirici haldır ki, hal-hazırda mühasibatlıq sahəsində sosial şəbəkədə aktiv və faydalı qruplar fəaliyyət göstərir ki, onlar da ödənişsiz dəstəklərini həyata keçirirlər. İnşallah həmçinin də, həm HR həm də mühasibatlıq sahəsində müəyyən təcrübəsi olan həmkarlarımız üçün də peşəkar təlimlər keçirilməsi nəzərdə tutulur.
 

0 Komment

    Şərh yazın

    Xəbərlər