XARİCİ PASPORT ALINMASI İLƏ BAĞLI 5 VACİB MƏSƏLƏ

XARİCİ PASPORT ALINMASI İLƏ BAĞLI 5 VACİB MƏSƏLƏ

Ümumvətəndaş pasportunu istədiyiniz vaxt və köhnə pasportu təhvil vermədən əldə etmək olar?
 
Sürücülük vəsiqələrin dəyişdirilməsi ilə bağlı yazının (http://www.mks.az/index.php?option=com_content&view=article&id=8373:2018-01-12-09-05-15&catid=42:uemumi-iqtisadi-xbrlr&Itemid=108) olan marağa nəzərə alaraq, bu yazımızda Ümumvətəndaş pasportlarının (bundan sonra –xarici pasport) verilməsi və dəyişdirilməsi ilə bağlı məlumat verməyə çalışacıyıq. 
 
1) HANSI SƏNƏDLƏR TƏLƏB OLUNUR?
 
Zəruri olan sənədlərin siyahısı aşağıdakı kimidir:
  • vətəndaşın şəxsiyyət vəsiqəsi;
  • dövlət rüsumunun ödənilməsi barədə sənəd;
  • 18-35 yaş hədlərində hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin surəti və ya möhlət hüququ verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (əsli ilə birlikdə).
Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş vətəndaşa ümumvətəndaş pasportunun verilməsi üçün sənədləri onun qanuni nümayəndəsi təqdim edir. Bu zaman şəxs qanuni nümayəndəlik hüququnu təsdiq edən sənədləri də təqdim etməlidir.
 
2) YAŞI 18 yaşı TAMAM OLMAYAN ÜÇÜN HANSI TƏLƏB VAR?
 
Qeyd edək ki, öncələr uşağı xaricə aparanda şəkil valideynin xaricin passportuna vurulmaqla edilirdisə,  indi artıq yaşı 18 yaşı tamam olmayanlarda xarici pasport almaq mümkündür. Amma  qeyd edilib ki, yuxarıda qeyd edilən sənədlərlə yanaşı bunun üçün  18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı olmalıdır. Əgər valideynlərindən yanlız biri (digərinin hər hansı qanunu razılığı və ya nümayəndəsi olmadan) iştirak edirsə, onda həmin uşağa xarici passport verilmir. Bu səbəbdən, mütləq olaraq ya hər iki valideyn iştirak etməli və ya digər lazımı sənədlər təqdim olumaıdır.
 
Bundan əlavə, uşağın yaşı 15 yaşa çatmayıbsa, bu zaman aşağıdakı sənəd əlavə olaraq istənilir:
qan qrupu haqqında tibbi arayış (uşağın fərdi identifikasiya kartı təqdim edildikdə bu sənəd tələb olunmur);
 
Qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş uşaqlara üçün xarici pasport alındıqda övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd də təqdim edilməlidir.
Məlumat üçün bildirək ki, 15 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilərkən ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri imzalayırlar. 15 yaşdan 18 yaşadək olan vətəndaşda isə  ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır. 
 
3) XARİCİ PASPORTU NECƏ GÜNƏ ƏLDƏ ETMƏK OLAR?
 
Xarici Pasport Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun (valideyninin, ərinin (arvadının), övladının, qardaşının, bacısının, onların övladlarının, babasının, nənəsinin, nəvəsinin, babanın (nənənin) atasının və ya anasının, əmisinin, dayısının, xalasının, bibisinin, onların övladlarının, qayınatasının, qayınanasının, qaynının, baldızının) ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda İKİ İŞ GÜNÜ müddətində verilə bilər.  Bu zaman əlavə olaraq, aşağıdakı sənədlər tələb olunur: 
 təcili olaraq müalicə olunma zərurətini təsdiq edən səhiyyə orqanının məktubu;
təcili olaraq müalicəyə qəbul edilmənin zəruriliyi barədə xarici ölkənin tibb müəssisəsinin məktubu (eyni zamanda xəstənin yaşayış yeri üzrə tibb müəssisəsinin tibbi rəyidə təqdim olunmalıdır);
 qohumun ağır xəstəliyi və ya ölümü faktını təsdiq edən xarici ölkənin tibb müəssisəsinin arayışı.
valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd.
Digər hallarda 1, 5 və 10 iş günü ərzində verilə bilər. 
 
3) DÖVLƏT RÜSUMU NƏ QƏDƏRDİR?
 
Xarici passportun alınması və dəyişdirilməsi ilə bağlı Dövlət Rüsumu sənədi alan şəxsin yaşına və müddətinə görə fərqli olur :
on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:
- bir yaşınadək uşaqlar üçün - 10 manat;                                                        
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 20 manat;                                   
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 30 manat;                            
- on səkkiz yaşına çatmış vətəndaşlara - 40 manat.                                      
 
beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:    
 
- bir yaşınadək uşaqlar üçün  - 20 manat;                                                        
- bir yaşından üç yaşınadək uşaqlar üçün  - 40 manat;                                        
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 60 manat;                            
- on səkkiz yaşına çatmış vətəndaşlara  - 80 manat.                                         
 
bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:
 
- bir yaşınadək uşaqlar üçün - 40 manat;                                                         
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 80 manat;                                       
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 120 manat;                             
- on səkkiz yaşına çatmış vətəndaşlara - 160 manat.
 
 
Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə:
 
on iş günü müddətində verildikdə
 
- bir yaşınadək uşaqlar üçün - 20 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 30 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 40 manat;
- on səkkiz yaşına çatmış vətəndaşlara - 50 manat.
 
beş iş günü müddətində verildikdə
 
- bir yaşınadək uşaqlar üçün - 30 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 50 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 70 manat;
- on səkkiz yaşına çatmış vətəndaşlara - 90 manat.
 
 bir iş günü müddətində verildikdə
 
- bir yaşınadək uşaqlar üçün - 50 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 90 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 130 manat;
- on səkkiz yaşına çatmış vətəndaşlara - 170 manat.
 
4) VƏTƏNDAŞIN ƏL-BARMAQ İZLƏRİ VƏ FOTO ŞƏKİL MƏSƏLƏSİ NECƏ TƏNZİMLƏNİR?
 
Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür. Elektron daşıyıcısı olmayan ümumvətəndaş pasportları dəyişdirilərkən vətəndaşın əl-barmaq izləri götürülür. Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi zamanı fotoşəkil mərkəz daxilində xüsusi avadanlıq vasitəsilə çəkilir. Bu səbəbdən kənar foto şəkil gətirilməsi məsləhət görülmür.
 
5) XARİCİ PASSPORT HANSI HALLARDA DƏYİŞDİRİLƏ BİLƏR?
 
Ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, pasport dəyişdirilməlidir.
Qeyd edək ki, “ASAN” Radioda bununla bağlı suala cavab olaraq bildirildi ki, xarici passport vətəndaşın istəyinə uyğun olaraq  istədiyi vaxt dəyişdirilə  bilər.  Yazı hazırlayarkən “108” Cağrı Mərkəzi ilə bu məsələ bird aha dəqiqləşdirildi və istənilən vaxt dəyişməsi halı bir daha təsdiq olundu. 
Etibarlıq müddəti qurtarmış pasport müvafiq dövlət orqanına təhvil verilir. “108” Cağrı Mərkəzindən verilən məlumata görə, əgər passportda aktiv viza varsa, bu zaman xarici passport təhvil alınmır.
Ümumvətəndaş pasportunda, o cümlədən onun elektron daşıyıcısında göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir.                          
Məlumat üçün bildirək ki, Xarici pasportun alınması və dəyişdirilməsi ilə bağlı “ASAN Xidmət” mərkəzlərində qeydiyyat məhdudiyyəti yoxdur.
 

25 Komment

  1. ILKIN 08 Oktyabr 2018

    Salam. Menim xarici pasport ucun cekilmis sekilde uzum tukludur. Olkeden cixdigim zaman uzumu qirxsam shekilin taninilmamasi kimi hall ile qarshilasharam?

  2. ILKIN 08 Oktyabr 2018

    Salam. Menim xarici pasport ucun cekilmis sekilde uzum tukludur. Olkeden cixdigim zaman uzumu qirxsam shekilin taninilmamasi kimi hall ile qarshilasharam?

  3. ILKIN 08 Oktyabr 2018

    Salam. Menim xarici pasport ucun cekilmis sekilde uzum tukludur. Olkeden cixdigim zaman uzumu qirxsam shekilin taninilmamasi kimi hall ile qarshilasharam?

  4. Tunar Qasimov 18 May 2019

    Menim usagimin birin 5 yasi tamam olub fevralin 28.birininde 2 yasi tamam oldu dekabirin 29.men onlar ucun xarici pasportu nece illik ala bilerem?

  5. eldar 04 Noyabr 2019

    salam màn 30.10.19 da sanad vermiwam xarici pasport alinmasi úcún.10.11.19 gedib tafil almaliyam halà 5 gúnúm qalib.iwlà àlaqadar gedib rusumu òdasam 1 gúnà ala bilaram? yani rusum necà hesablanacaq?

  6. Murad 06 Fevral 2020

    Salam men 2003 tevelludem xarici pasport ala bilecem? Ve ya ala bilmesem valideyi davernus verdiyi zaman valideyinlerin resmi qaydada boşanmasi oldugu ucun ana tekce verecek yoxsa ataninda vermesi lazimdi

  7. Tunzalə 19 Aprel 2020

    Korona vurus sebebinden evden cixmadan xarici pasport elde edmek ucun muraciyyet edirem

  8. Kemale 08 Noyabr 2020

    Salam bilmek isterdim ki men xarici pasport aliramsa hemin pasport nece il müddetinde etibarlidir?

  9. Elshad 16 Dekabr 2020

    Salam men 5 ildir ki bosanmiwam. o vaxdan bowandiqim cixib gedib elaqemizde yoxdu .bele cixir ki men uwaqima xarici paspord alanmiyacam? Xahiw edirem meni cavablandirin

  10. Baxışov Xalis 17 Fevral 2021

    Salam ! Men Ağdaş rayonunda qeydiyyatdayam . Menim xarici pasportumun vaxtı 2020 - co ilde bitmişdir.Paspotu deyişmek üçün hansı senedleri teqdim etmeliyem ve men rüsum ödemeliyem (ne qeder)?

  11. [email protected] 05 Mart 2021

    Salam.Xarici passport uçun heftenin necenci gunleri geydiyattan kecmeg lazimdir?

  12. Vusale 26 Aprel 2021

    Salam çox xahiş edirem sualimi cavablandirasiniz.Qizimin 16 yaşi var.Ona şexsiyyet vesiqesi ve xarici pasport almasi ucun ,valideyn olmadan hansi senedler lazimdir?

  13. Lale 20 Sentyabr 2021

    Salam.Menim 21 yasım var.Bakıda yaşayıram adım Lale Ismayilovadı.Xarici pasport düzetdirmek isteyirem.Bu il Green Card çekilisine qoşulacam.Bunun üçün men hansı senedleri teqdim etmeliyem.Daha deqiq şekilde deye bilersiniz.Zehmet olmasa.

  14. Gulaga 07 Fevral 2022

    Salam Sabahiniz xeyr. Adim Gulaga menim xarici pasportumun vaxti bitib ve mende pasportu yenilemek isteyirem. Bundan Otru men neylemeliyem hansi sendlerle yaxinlashmaliyam? hal hazirki veziyyetde menim yashim 35 tamamdir yeni men 07.08.1986 ci il dogumluyam.Pasportu men imkan daxilinde olaraq 1 heftelik mudetine elde elemek istesem resum ne qeder odemeli olacam. Pasportun vaxtinin kecmeyine baxmayaraq pasport ozu saz ve seliqeli veziyyetde qalib. mence men vaxti kechmish pasportu teqdim edmekle yanashi resumu idediyim qebzi teqdim edirem yashim 35 tamam oldugundan herbi bilete ehtiyyac olmur mence. xahish edirem ki sualimi cvblandirardinizda. [email protected] buda mene aid olan eloktron pochtamdir

  15. Cabbarov Xəyyam 12 Fevral 2022

    Salam mənim 19 yaşım var.Xarici pasport çıxardırmaq istəyirəm...neçəyə başa gələr?

  16. Sevinc quluyeva 11 May 2022

    Salam mən xanımam xarici paspord necə ala bilərəm? Yazılanları oxudum ancaq uşaqlar ve kişiler üçün xarici paspord almaq haqda melumat var.Bir xanımın xarici paspord alması üçün gereken senedler hansilardi?

  17. Elcin 13 İyun 2022

    Salam bir melumat almag istiyirdim pasportumun vaxti bitib 1 gune almag ucun dovlet rusumu neqederdi ?

  18. Elsever 11 İyul 2022

    Salam.Men Gence qeydiyyatindayam.Bakidaki hansisa asan xidmetde deyise bilerem pasportumu?

  19. Etibar 12 Avqust 2022

    Salam, mən və ailə üzvlərim Xətai rayonu Zığ qəsəbəsində yerləşən hərbi hissədə qeydiyyatdayam. Xırdalanda yasayiriq. Xarici pasport almaq üçün hansı sənədlərlə, hansı asan xidmətə yanaşmalıyıq.

  20. Xeyyam Ömerov 27 Avqust 2022

    Salam menim xarici pasportum 2025 de vaxtı bitecek. Men bunu deyişdirmek isteyirem. Dövlət rüsumu nə qədər edecek. Zehmet olmasa melumat vererdiz.

  21. Elnur 01 Oktyabr 2022

    Azərbaycana gəlmədən Almaniyada müddəti bitmək üzrə olan xarici pasportu necə dəyişmək olar?

  22. Rahim 14 Noyabr 2022

    Salam ,men asan xidmete tek gedib hem menim hemde yoldaşımın hazır xarici pasportları götüre bilerem? Yeni senedler hazırdı.

  23. Asger 27 Noyabr 2022

    Salam.Salyan rayonunda yasayirig.Xestemiz var. Hali cox pis.Xarici pasport alib turkiyeye aparmag lazimdir Gezmek olmaz masina oturmag cox olmaz.xestenin pasportu üçün sekil ve barmag izine göre evde almag mümkündür??? Teşekkür edirem

  24. Günel Teymurova 12 Dekabr 2022

    Salam mən yoldaşımdan ayrılmışam. Oğlumun 17 yaşı var. Xarici pasport vaxtı bitib. Yeniləmək lazımdı. Atası Rusiyadadı. Asan xidmətdən atası olmadan ala bilərəm

  25. Elariz 04 Fevral 2023

    Salam her vaxdiniz xeyir men xarici pasportu vermisem ve vaxdi tamam olub bawqa adam onu gotre bilermi

Şərh yazın

Xəbərlər