Vergilər Nazirliyinin rəsmisi BANKLARIN elektron qaimə-faktura məsələsinə aydınlıq gətirdi

Vergilər Nazirliyinin rəsmisi BANKLARIN elektron qaimə-faktura məsələsinə aydınlıq gətirdi

Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Departamentinin direktoru  Əvəz Quliyevdən açıqlama
 
Bankların göstərdikləri bank xidmətlərinə görə elektron-qaimə verməkdən imtina etməsinə Vergilər Nazirliyi münasibət bildirib. FED.az xəbər verir ki, Nazirlik bankların qanunda olduğu kimi qaimə verməyə borclu olduqlarını vurğulayıb.  
Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Departamentinin direktoru  Əvəz Quliyevin sözlərinə görə, bankların bu addımı qətiyyən düzgün deyil. Banklar da bank və maliyyə xidmətinə görə elektron-qaimə verməyə borcludurlar və onlar üçün hansısa istisna halı müəyyən edilməyib. Bununla bağlı əvvəllər də müzakirələr aparıldığını vurğulayan Ə.Qulyev qanunun tələbinin yerinə yetirilməli  olduğunu bütün vergi ödəyicilərinin nəzərinə çatdırdıqlarını bildirilib.  
 

0 Komment

    Şərh yazın

    Xəbərlər