Qeyri-Kommersiya fəaliyyəti ilə məşğul olan elektron qaimə-faktura verməlidir?

Qeyri-Kommersiya fəaliyyəti ilə məşğul olan elektron qaimə-faktura verməlidir?

Vergi əməkdaşları bu suala da aydınlıq gətirdi
 
Sual: Salam. 01 yanvar 2018-ci il tarixdən elektron qaimə tətbiq olunur, mənim fəaliyyətim vəkillik fəaliyyəti, yəni qeyri-kommersiya fəaliyyəti olduğu üçün məndən elektron qaimə tələb edilməlidirmi?
 
Musayev Əziz Ənvər, [email protected], Tovuz rayonu (12.01.2018) 
 
Cavab:  Bildiririk ki, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
 
Şəxs anlayışı isə istənilən fiziki və ya hüquqi şəxs, qeyri-rezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsini əhatə edir.
 
Göründüyü kimi, Vergi Məcəlləsi qeyri-sahibkarlıqla məşğul olan fiziki şəxslərin deyil, qeyri-sahibkarlıqla məşğul olan fiziki şəxslərə elektron qaimə-fakturasının verilməsini istisna edir. Bu baxımdan fəaliyyətiniz çərçivəsində fərdi sahibkarlara və hüquqi şəxslərə xidmət göstərdikdə tərəfinizdən elektron qaimə-faktura verilməlidir.
 
Vergi ödəyicisi olmayan şəxslərə müvafiq xidmətlər göstərildikdə isə rəsmiləşdirmə ciddi hesabat blankları ilə aparıla bilər.
 
Bax: Vergi Məcəlləsinin 71-1-ci maddəsi, “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli 118 nömrəli qərarı, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-02 nömrəli 09 yanvar 2013-cü il tarixli “Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydaları”.

0 Komment

    Şərh yazın

    Xəbərlər