Məzuniyyət və kompensasiya ilə bağlı AKTUAL HESABLAMA

Məzuniyyət və kompensasiya ilə bağlı AKTUAL HESABLAMA

Əmək məzuniyyəti, həmçinin istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın misallarla izahı
 
Əmək məzuniyyət haqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanmasını misallar üzrə izah etməyə çalışaq:
Tutaq ki, işçi 01.02.2016-ci il tarixində əmək müqaviləsi ilə işə daxil olub. 
İşçinin əməkhaqqı aşağıdakı kimi olub:
1. Fevral 2016 -200 manat;
2. Mart 2016 -200 manat;
3. Aprel 2016 -300 manat (200 manat əmək haqqı + 100 manat bonus) ;
4. May 2016 -200 manat;
5. İyun 2016 -200 manat;
6. İyul 2016 -200 manat;
7. Avqust 2016 -200 manat;
8. Sentyabr 2016 -200 manat;
9. Oktyabr 2016 -200 manat;
10. Noyabr 2016 -250 manat (200 manat əmək haqqı + 50 manat bonus).
 
CƏMİ: - 2 150 manat
 
1-ci hal üzrə - əmək məzuniyyət üzrə
 
İşçi 24 Noyabr 2017-ci il tarixində ərizə yazıb ki, onu 01 dekabr 2016-cı il tarixindən 28 gün müddətində əmək məzuniyyəti ilə təmin etsin. 
İşçiyə hesablanan məzuniyyət haqqı belə hesablanır:
Odur ki, hesablama bu formada olacaq: 
a) Öncə 1 aya düşən məbləği tapırıq - 2150 manat /10 ay= 215,00 manat 
b) Sonra 1 günə düşən məbləği müəyyənləşdirirk – 215,00 manat /30,4 = 7,07 manat
c) Məzuniyyət günlərin sayına hesablanan məbləği tapırıq - 28 gün x  7.07 manat=198,03manat
Beləliklə İşçiyə hesablanmış məzuniyyət haqqı 198,03 manat təşkil edir.
 
2-ci hal üzrə - istifadə edilməmiş məzuniyyətə görə kompensasiya
 
İşçi 01 Noyabr 2017-ci il tarixində ərizə yazıb ki,  onu 01 dekabr 2017-cı il tarixindən işdən azad etsinlər.
 
Hesablama bu formada olacaq: 
 
a) Öncə 1 aya düşən məbləği tapırıq - 2150 manat /10ay = 215,00manat 
b) Sonra 1 günə düşən məbləği müəyyənləşdirirk – 215,00manat /30,4 = 7,07 manat
c) İlk öncə tənasüb üsülundan işçiyə düşəcək məzuniyyət günlərini tapmaq lazımdır:
12 ay  -------- 30 gün
10 ay ----------X gün
X = (10 ay x 30 gün)/12 ay= 25 gün
d) İstifadə edilməmiş məzuniyyət günlərinin sayına hesablanan məbləği tapırıq - 25 gün x  7.07 manat= 176, 75 manat
 
Beləliklə işdən azad olunan işçiyə istifadə edilməmiş məzuniyyət haqqında görə ödəniləcək kompensasiya məbləği 176,75 manat təşkil edir.
 

0 Komment

    Şərh yazın

    Xəbərlər