Maliyyə hesabatlarının hazırlanması ilə bağlı ÖDƏNİŞSİZ TƏLİM

Maliyyə hesabatlarının hazırlanması ilə bağlı ÖDƏNİŞSİZ TƏLİM

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə keçirilən təlimdə tanınmış maliyyə ekspertləri təlimçi qismində çıxış edəcəklər
 
 
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə 2018-ci il 22 - 26 yanvar tarixlərində saat 10:00-da “Maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq və milli standartların tətbiqinin təmin edilməsi” mövzusunda keçirilən təlimin ikinci mərhələsinə start verilir.
 
Təlimdə iştirak qaydaları:
 
Təlim ASK üzvləri üçün ödənişsizdir. Qeyri üzvlər üçün ödəniş 50 (əlli) manat məbləğində olacaqdır. ASK üzvləri təlimdə iştirak haqqında təsdiq maili ilə məlumatlandırılacaqlar. Təlimdə iştirak etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçmək lazımdır.
 
 
Təlimin keçirildiyi ünvan: ASK ofisi, Ak. Həsən Əliyev küç., 57
Əlavə olaraq təlim proqramı ilə tanış ola bilərsiniz.
Qeyri üzvlər ödənişi təsdiq edən sənədi mail olaraq öncədən təqdim etməlidirlər.
 
Əlaqələndirici şəxslər:
 
Elmira Balıyeva
Azərbaycan Sahibkarlar Konfederasiyası
Dövlət orqanları, sahibkarlar və nümayəndəliklərlə iş şöbəsi
Tel: (994 12) 465 72 42
 
Aytən Seyidəliyeva
Azərbaycan Respublikasının Auditorlar Palatası
Kadr hazırlığı şöbəsinin müdür müavini
Tel: (994 12) 564 80 62
(994 55) 866 44 29

 

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı 

0 Komment

    Şərh yazın

    Xəbərlər