Başqa işçinin əmək funksiyasının icrasında 3 VACİB HAL

Başqa işçinin əmək funksiyasının icrasında 3 VACİB HAL

"HR Solutions by Nargiz İbrahimova" təqdimatında maddələr və misallarla izah
 
Başqa işçinin əmək funksiyasının icrasının digər əməkdaşa həvaləsi İnsan Resursları şöbəsinin tənzimlədiyi məsələlərdən biridir və bu proses Azərbaycan Respublikasının Əmək Məcəlləsnin 61 və 162-ci maddələri ilə tənzimlənir. İşçinin vəzifə öhdəliklərinə daxil olmayan istənilən işlərin ona tapşırılması Əmək Müqaviləsinə əlavə razılaşmanın hazırlanması ilə yolu həyata keçirilir və əməyin ödənilməsi müvafiq qaydada həyata keçirilir.
İşçinin əmək funksiyasının həvaləsi zamanı aşağıdakılara diqqət yetirmək lazımdır:
  1.   Vəzifə təlimatında müvafiq işlərinin avtomatik həvalə olunması qeyd olunubmu? Məsələn, İnsan resurları departamentində çalışan iki mütəxəssisin biri məzuniyyət və ezamiyyət əmrlərinin, digəri isə işə qəbul/azad prosesi ilə məşğul olur. Əgər birinci mütəxəssisin vəzifə təlimatında “Lazım gələrsə, işə qəbuə əmri, müqavilələrin hazırlanması” qeydi öz əksini tapırsa, həvalə razılaşması hazırlamağa ehtiyac yoxdur və şöbədə mütəxəssislər hüquqi şəkildə düzgün olaraq bir-birini əvəzləyəcəkdirlər. Bu prosesdə Şirkət heç bir əlavə ödəniş etməyəcəkdir.
  2.  Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrası dedikdə boş olmayan vakansiya üzrə digər əməkdaşın əvəzlənməsidir. Məsələn, ofis menecerə HR assistent məzuniyyətdə olduğu dövrdə onun işlərinin həvalə olunması. Bu halda:
2.1. 61-ci maddənin 1-ci bəndi və 162-ci maddənin 1 və 2-ci bəndlərinə uyğun olaraq:
 
2.1.1.      Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. (müvafiq razılaşla imzalanması yolu ilə)
 
2.1.2.       Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Məsələn, əgər ofis menecerin maaşı 450 AZN, HR assistentin maaşı 600 AZN-dirsə, 1 aylıq həvalə müddəti üzrə ofis menecerin maaşı cəmi 600 AZN olacaqdır.
 
2.1.3.      Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. Əgər HR assistent ofis meneceri əvəzləyirsə, bu zaman razılaşma əsasında istənilən məbləğ ödənilməlidir. 50 AZN həvalə ödənişi təyin olunasa belə hüquqi cəhətdən düzgündür.
 
3.      Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsi. Məsələn, Ulduz filialının müdir vakansiyası boşdur və Muğan filialının müdirinə həmin filiala da nəzarət həvalə edilir. Bu halda:
 
3.1.Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Hər iki müdirin maaşı 1000 AZN-dirsə, həvalə dövründə 1 ay üçün işçiyə minimum 1500 AZN ödəniş edilməlidir.
 
3.2.Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür.
 
3.3.Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla,həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilir.
 
HR Solutions by Nargiz İbrahimova
 
 
 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər