Mühasibat uçotu ilə bağlı ÖDƏNİŞSİZ TƏLİM

Mühasibat uçotu ilə bağlı ÖDƏNİŞSİZ TƏLİM

Tələsin, “Müxtəlif tipli əməliyyatların yeni hesablar planı əsasında müxabirləşməsi” mövzusunda ödənişsiz təlim 12 yanvar 2018-ci ildə keçiriləcək
 
İqtisadi Araşdırmalar və Tədris Mərkəzi (İATM) köhnə uçotdan yeni uçota və heasabat sisiteminə keçmək arzusu olan mühasiblərə dəstək məqsədi ilə “Müxtəlif tipli əməliyyatların yeni hesablar planı əsasında müxabirləşməsi” mövzusunda ödənişsiz təlim təşkil edir. Təlimdə investisiya, maliyyə qoyuluşu, borc əməliyyatları, gəlir və xərclərin hesablanması, ƏDV və digər vacib əməliyyatların praktik müxabirələşmələri haqqında məlumatlar veriləcək. Təlim İATM-ın peşəkar mühasib-təlimçisi olan Fatma Uğur tərəfindən aparılacaqdır.
 
Təlim 12 yanvar 2018-ci il tarixində, saat 18:00-da keçirilməsi nəzərdə tutulur. Təlimin müddəti 3 saat olacaqdır. İştirak etmək istəyənlər [email protected] elektron poçt ünvanına ad, soyad, mobil telefon, iş yeri və vəzifəsini qeyd etməklə məktub göndərməlidirlər.
 
Müraciət üçün son tarix 12 yanvar 2018-ci il, saat 11:00-dır.
 

0 Komment

    Şərh yazın

    Xəbərlər