Tanınmış HR-dən həmkarlarına 3 məsləhət

Tanınmış HR-dən həmkarlarına 3 məsləhət

Nazim Əliyev: "Məqsədim kimisə günahlandırmaq deyil. Sadəcə olaraq susub tamaşa etməyə də səbrim bitdi"
 
Tanınmış İnsan Resursları Meneceri Nazim Əliyev həmkarlarına sosial şəbəkə vasitəsiylə müraciət edib:
"Son illərdə İnsan Resursları Meneceri və ya Direktoru titullarının artdığını müşahidə edirəm. Yerli (və ya bir çox beynəlxalq) şirkətlərin İR Meneceri funksyalarının yaratması çox yaxşı haldır. İstərdim ki, İnsan Resursları Meneceri titulları verənlərin nəzərinə aşağıdakıları təqdim edim. Çünki vəzifə tək ad ilə bitmir. Hər bir şirkət və təşkilatın iş mədəniyyətinin yerli mədəniyyət içərisində inkişaf etdiyinidə anlayıram və məqsədim kimisə günahlandırmaq deyil. Sadəcə olaraq susub tamaşa etməyə də səbrim bitdi. 
  1. İR Direktoru Strateji İdarə Etmə qrumunun sərbəst üzvü olmalıdır. O sahibkar və icraçı direktorun köməkçisi yox İR üzrə mütəxəsis olaraq biznes partnyorudur. 
  2. İR Direktoru Şirkət və ya digər qurumun İntizam Komitəsinin Müstəqil üzvü olmalıdır. Çünki işçilərə dair qəbul olunan qərarlara görə qanunverciliklə İR Direktoru müstəqil olaraq məsuliyyət daşıyır. 
  3. İR Direktoru Şirkət və ya təşkilatın məqsəd və məramlarına uyğun olaraq lazımı iş Mədəniyyətinin formlaşmasını təmin edir.   Buna dair bir çox digər fəqləndirici məqam və kriteriyalar vardır. Lakin ən əsası bunlardır. 
 
Əgər İR Meneceri müstəqil olaraq bu üç fuksyalardan heç olmasa birini sərbəst olaraq idarə etmirsə o halda onun idarə etdikləri əsas İR-a funksyaları deyil, köməkçi funksyalardır. Bu halda İR Direktorunun və ya Menecerinin olması İR-ın olması ilə eyni şey deyil.
Hələ inkişafa çox yer var xanımlar və cənablar!
 

0 Komment

    Şərh yazın

    Xəbərlər