Vergilər Nazirinin 1-ci müavini işdən çıxma ərizəsi yazıb?

Vergilər Nazirinin 1-ci müavini işdən çıxma ərizəsi yazıb?

1993-cü il tarixdən  vergi orqanlarında çalışan şəxsin artıq vergi sistemini tərk etmək qərarına gəldiyi bildirilir
 
Mikayıl Cabbarov Vergilər naziri təyin olunandan sonra nazirlikdə işdən çıxmalar davam edir. AZXEBER.COM-un verdiyi məlumata görə, artıq Vergilər nazirinin I müavini Sahir Məmmədxanov da postunu tərk etmək qərarına gəlib. Belə ki, S.Məmmədxanov istefa ərizəsini nazir Mikayıl Cabbarova təqdim edib. 
 
Vikipediya saytının məlumatına əsasən
 
Sahir Polad oğlu Məmmədxanov (d.1959, İsmayıllı rayonu) — Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri.
 
1959-cu ildə İsmayıllı rayonunda anadan olub.
 
1985-ci ildə Rusiya Federasiyasının Tver şəhərinin Kalinin adına Dövlət Universitetinin İqtisadiyyat fakültəsi bitirmişdir
 
1985-1993-cü illərdə Tver şəhərinin “Elektroaparatura” zavodunda iqtisadçı, maliyyə-müqavilə şöbəsinin rəisi və Hərbi Sənaye Nazirliyinin “Kalininmaşdetal” istehsalat birliyində baş mühasib vəzifəsində çalışmışdır.
 
1993 – Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş, 1994-1999-cu ilə qədər müfəttiş, şöbə rəisi kimi işləmişdir.
 
1999 – “İri vergi ödəyiciləri ilə iş üzrə” Baş idarə rəisinin müavini, daha sonra həmin ildən 2001-ci ilədək Baş idarənin rəisi vəzifəsində çalışmışdır.
 
2001 – 2009 - Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi vəzifəsində çalışmışdır.
 
Azərbaycan Respublikası Prezidentinin 04 mart, 2009-cu il tarixli Sərəncamı ilə Vergilər nazirinin müavini vəzifəsinə təyin edilmişdir.
 
Azərbaycan Respublikası Prezidentinin 29 mart, 2016-cı il tarixli Sərəncamı ilə Vergilər nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdir.
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər