DİQQƏT! 2018-ci ildən etibarən yeni dəyişikliklər nəzərə alınmaqla əmək haqqı hesablanmasının 3 halının misalla izahı

DİQQƏT! 2018-ci ildən etibarən yeni dəyişikliklər nəzərə alınmaqla əmək haqqı hesablanmasının 3 halının misalla izahı

Əmək haqqı alan hər kəsin məlumatı olması gərək olan hesablamalar
 
Oxucularımıza maraqlı olacağını nəzərə alaraq, 2018-ci ilin yanvar ayından hesablanacaq əmək haqqı üzrə bağlı tutulmalar haqqında məlumat veririk.
 
01 yanvar 2018-ci ildən etibarən dəyişikliklər nəzərə alınmaqla hesablanacaq əmək haqqı
1) İşçinin əmək haqqısı 173 manatdan (2018-ci il üçün yaşayış minimumundan) aşağı olduqda hesablama aşağıdakı kimi olur:
Hesablanmış əmək haqqı - 160 manat 
Hesablanan gəlir vergisi -  0 manat (Hesablanan əmək haqqı məbləği 2018-ci il üçün yaşayış minimumdan az olduğu üçün)
Hesablanan məcburi dövlət siğorta haqqı (3 faiz) – 4.80 manat (160 manat x3%)
Hesablanan işsizlikdən sığorta haqqı (0.5 faiz) – 0.80 manat (160 manat x 0.5%)
İşçiyə ödəniləcək net məbləğ - 154.40 manat (160 manat-4.80 manat-0.80 manat)
Bu əmək haqqı ilə əlaqədar işəgötürənin ödəciyi əlavə məbləğ
Hesablanan məcburi dövlət siğorta haqqı (22 faiz) – 35.20 manat (160 manat x 22%)
Hesablanan işsizlikdən sığorta haqqı  (0.5 faiz) – 0.80 manat  (160 manat x 0,5%)
 
Cəmi əmək haqqı fondu- 196 manat (160 manat+ 35.20 manat +0.80 manat)
 
2) İşçinin əmək haqqısı 173 manatdan (2018-ci il üçün yaşayış minimumundan) çox və 2500 manatdan az olduqda hesablama aşağıdakı kimi olur:
 
Hesablanmış əmək haqqı - 500 manat 
Hesablanan gəlir vergisi -  45.78 manat ((500-173 manat)x14 %)  
Hesablanan məcburi dövlət siğorta haqqı (3 faiz) – 15.00 manat (500 manat x3%)
Hesablanan işsizlikdən sığorta haqqı (0.5 faiz) – 2.50 manat (500 manat x 0.5%)
İşçiyə ödəniləcək net məbləğ - 436.72 manat (500 manat- 45.78 manat -15.00 manat-2.50 manat)
 
Bu əmək haqqı ilə əlaqədar işəgötürənin ödəciyi əlavə məbləğ
 
Hesablanan məcburi dövlət siğorta haqqı (22 faiz) – 110.00 manat (500 manat x 22%)
Hesablanan işsizlikdən sığorta haqqı  (0.5 faiz) – 2.50 manat (500 manat x 0,5%)
Cəmi əmək haqqı fondu- 612.50 manat (500 manat+ 110.00 manat +2.50 manat)
 
3) İşçinin əmək haqqısı 2500 manatdan çox olduqda hesablama aşağıdakı kimi olur:
 
Hesablanmış əmək haqqı - 3 000 manat 
Hesablanan gəlir vergisi -  475 manat ((350 manat+ ( 3000 manat-2500 manat)x25 %)  
Hesablanan məcburi dövlət siğorta haqqı (3 faiz) – 90.00 manat (3 000 manat x3%)
Hesablanan işsizlikdən sığorta haqqı (0.5 faiz) – 15.00 manat (3 000 manat x 0.5%)
İşçiyə ödəniləcək net məbləğ – 2 420.00 manat (3 000 manat- 475 manat -90.00 manat-15.00 manat)
 
Bu əmək haqqı ilə əlaqədar işəgötürənin ödəciyi əlavə məbləğ
 
Hesablanan məcburi dövlət siğorta haqqı (22 faiz) – 660.00 manat (3000 manat x 22 %)
Hesablanan işsizlikdən sığorta haqqı  (0.5 faiz) – 15.00 manat (3000 manat x 0.5%)
 
Cəmi əmək haqqı fondu- 3675.00 manat (3000 manat+ 660.00 manat +15.00 manat)
 
Zəruri qeydlər:
1) Gəlir vergisi üzrə aşağıdakı işçilərə 400 manat güzəşt edilir:
 
Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının;
Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;
müharibə əlillərinin;
həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin);
1941—1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;
qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;
Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin.
 
2) Gəlir vergisi üzrə aşağıdakı işçilərə 200 manat güzəşt edilir:
 
I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.
 
3) Gəlir vergisi üzrə aşağıdakı işçilərə 100 manat güzəşt edilir:
 
həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;
1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;
Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər;
daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum;
məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər. Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir.
 
4) Gəlir vergisi üzrə aşağıdakı işçilərə 50  manat güzəşt edilir:
 
Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan biri
Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək, habelə uşaqların və himayədəkilərin öldüyü hallarda ölüm ilinin sonunadək saxlanılır.
Fiziki şəxslərin vergi tutulan gəliri uşağın doğulduğu və himayədə olanın himayəyə götürüldüyü aydan başlayaraq azaldılır.
Himayədə olanların sayı il ərzində azaldıqda (uşaqların ölüm halları istisna olmaqla) himayədə olanların sayının azaldığı aydan sonrakı aydan başlayaraq onların saxlanması üçün məbləğin çıxılmasına xitam verilir.
Aşağıdakılar himayədə olanlara aid edilmirlər:
təqaüd, pensiya və işsizlik müavinəti alan şəxslər (uşaqlardan başqa);
dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar);
xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar.
 
5) Gəlir vergisi üzrə bütün güzəştlər  YALNIZ əmək kitabçası olduğu yerdə tətbiq olunur. Əvəzçilik müqaviləsi ilə çalışan işçilərə bu güzəşt tətbiq olunmur.
 
6) İşçiynin qeyd etdiyimiz 1,2 və 3-cü qeyd üzrə güzəşt hüququ olduqda, ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir. Misal üçün, işçiniz olan məcburi köçkün həm də müharibə veteranıdır. Bu zaman ona güzəştin ən böyüyü yəni 400 manat tətbiq ediləcək. 
 
7) Güzəştin tətbiq olunması üçün  Nazirlər Kabinetinin müvafiq qərarı ilə tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edilməlidir.
 

0 Komment

    Şərh yazın

    Xəbərlər