Xəstəxanada müalicə alan vergi ödəyicisinə vergi orqanı əlavə vergi hesabalayarsa...

Xəstəxanada müalicə alan vergi ödəyicisinə vergi orqanı əlavə vergi hesabalayarsa...

Vergilər Nazirliyi bu məsələ ilə bağlı müddət məsələsinə də aydınlıq gətirdi
 
Sual: Mən 4 aydır xəstə idim (xəstəxanada müalicə götürürdüm) və həmin vaxtlarda mənim onlayn qutuma kameral yoxlama məktubları gəlmişdir. Aydın məsələdir, mən onları cavablandıra bilmirdim və nəticədə Sizin əməkdaşlar mənə əlavə vergilər hesablamışdır. Sual vermək istərdim: mən hansı yolla həmin vergiləri azalda bilərəm?
Rafiq İlyasov, [email protected], Bakı
 
Cavab: Bildiririk ki, hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır.
Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir.
Vergi ödəyiciləsinin vergi hesablamalarının səhv aparılması barədə rəsmi müraciətlərinin araşdırılması üçün vergi orqanlarında apellyasiya strukturları və ya bu məqsədlə yaradılmış müvafiq komissiyalar fəaliyyət göstərir. Odur ki, vergi orqanları tərəfindən kameral qaydada hesablanmış borc məbləğinin mübahisəli olduğunu hesab edirsinizsə qeydiyyatda olduğunuz vergi orqanının apellyasiya strukturuna və ya bu məqsədlə yaradılmış müvafiq komissiyaya kağız daşıyıcıda və ya elektron formada müraciət edə bilərsiniz.
Elektron formada müraciətin göndərilməsi Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “Müraciətlər” bölməsinin “Vergi orqanlarına müraciət ” altbölməsi vasitəsi ilə mümkündür.
Mənbə: Taxes.gov.az
 

0 Komment

    Şərh yazın

    Xəbərlər