TƏLƏBƏLƏR ÜÇÜN: 1 il müddətində ayda 145 AZN təqaüd imkanı

TƏLƏBƏLƏR ÜÇÜN: 1 il müddətində ayda 145 AZN təqaüd imkanı

"Mən PAŞA Bank təqaüdçüsüyəm” adlı layihənin növbəti mərhələsinə start verildi.

 

Əziz tələbələr!

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı PAŞA Bankla birgə həyata keçirdiyi “Mən PAŞA Bank təqaüdçüsüyəm” adlı layihənin növbəti mərhələsinə start verilir.

Təqaüd proqramının həyata keçirilməsində əsas məqsəd yerli ali təhsil müəssisələrində təhsil alan istedadlı və ictimai fəal tələbələri həvəsləndirmək, eləcə də, dövlət və qeyri-dövlət sektorları üçün güclü insan resurslarını təmin etmək və gələcək lider rəhbərlərin inkişafını möhkəmləndirməkdən ibarətdir.

Layihədə yalnız Azərbaycan ali təhsil müəssisələrinin əyani şöbələrində, iqtisad yönümlü ixtisaslar (iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və s.) üzrə təhsil alan bakalavr pilləsinin III və IV kurs tələbələri iştirak edə bilərlər.

Layihədə iştirak etmək istəyən tələbə gənclər, aşağıda qeyd olunan üç mövzudan birinin ətrafında araşdırma xarakterli esse* yazmalı və anket formasını doldurmalıdırlar. İkinci mərhələdə isə iştirakçılar müsahibədən keçməlidirlər.

- What can stimulate small entrepreneurship in Azerbaijan in current volatile situation?
- The emerging era of non – banking Fin Tech in Azerbaijan: a threat or an opportunity?
- Impact of financial illiteracy to development of small entrepreneurship in Azerbaijan and concrete options for eliminating the illiteracy

Müraciət forması: https://goo.gl/iMRUvB

Son müraciət tarixi: 15 oktyabr 2017-ci il

Qeyd edək ki, layihə çərçivəsində keçirilən müsabiqədə qalib gələn 20 tələbəyə 1 il müddətində hər ay 145 AZN məbləğində təqaüd veriləcək.

*QEYD: esselər yalnız ingilis dilində yazılmalıdır və müsahibə mərhələsində ingilis dilində danışmağınız tələb olunacaq.

0 Komment

    Şərh yazın

    Xəbərlər